beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni gözləyirdim qardaşım...

Bir gün, iki Peyğəmbər nəvəsi, İmam Həsən (ə.s) ilə İmam Hüseyin (ə.s) arasında bir məsələdə anlaşılmazlıq çıxmışdı. İkisi də bir-birlərindən incidilər. Lakin, çox keçməmiş, bir hiddət anında bir-birlərinə dedikləri sözlərdən peşman oldular...
O anlarda biri gəlib İmam Hüseyinə (ə.s):
... "Sən Həsənin (ə.s) kiçiyisən. Gedib üzr istəmək sənə yaraşar" dedi.

Hz.Hüseyin (ə.s) belə cavab verdi:
"Mən Peyğəmbərimizdən( s.ə.s) bir hədis eşitmişdim. Barışmağı mən tələb etsəm, babamın əmrinə qarşı gəlmiş olmaqdan qorxuram."
Hz. Hüseyin (ə.s) eşitdiyi hədisi belə açıqladı:
"İki nəfər arasında razılaşmazlıq çıxarsa, hansı tərəf başını əyib o biri tərəflə razılaşmağa talib olsa, cənnətə ondan əvvəl girər."

Bu hədisi zikr etdikdən sonra, Hz. Hüseyin( ə.s)"Barışmağa mən talib olsam, böyük qardaşım Həsəni( ə.s) savab işləməkdə keçmiş olmaqdan çəkinərəm" dedi. "Ona görə, gözləyirəm ki, o mənə gəlsin..
Hz. Həsən (ə.s), bunu eşidincə Hz. Hüseyinin (ə.s) yanına qaçdı və dərhal qucaqlaşıb barışdılar...


Tarix: 04.12.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar