beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yer üzərində Fani adlı biri yaşayırdı.

Yer üzərində Fani adlı biri yaşayırdı. Onun 3 dostu vardı. Dostlarından ikisini daha çox sevər, onlarla tez-tez görüşər, çoxlu söhbət edərdi. Üçüncü dostu isə çox gec-gec yadına düşərdi.
Bir gün şəhərin Baş Hakimi Fanini yanına çağırdı. Fani Hakimdən çox qorduğu üçün dostlarından birinin onunla getməsini, onu tək buraxmamasını istədi. O, əvvəlcə birinci - ən çox sevdiyi dostunun yanına üz tutdu. Dostu üzünü turşutdu və çox zəngin bir məclisə dəvət aldığını və buna görə onunla... gedə bilməyəcəyini söylədi. Fani bundan sonra ikinci - ən sevdiyi dostunun yanına getdi və ondan onunla getməsini xahiş etdi. Dostu bir az tərəddüddən sonra bu xahişi qəbul etdi və onunla getdi. Məhkəmə qapısına çatanda isə ayaq saxladı və dedi: "Bağışla, mən bundan sonra gələ bilməyəcəyəm, çox qorxuram. Sən özün tək getsən, daha yaxşı olar". Fani əlacsız məhkəmə qapısından tək içəri daxil oldu. Hakim onu bu günə qədər etdiyi işlərə görə sorğuladı. Elə bu vaxt Faninin gözləmədiyi anda üçüncü dostu onun köməyinə gəldi və elə şeylər danışdı ki, Hakim Faninin günahlarını bağışladı.
Bu hekayədə Fani biz insanlar, məhkəmə qapısı məzar daşı, Hakim isə uca Allahdır. Birinci dost bu həyatda ən çox sevdiyimiz var-dövlətimizdir ki, biz onu özümüzlə o biri dünyaya apara bilmərik. İkinci dostumuz yaxın qohum-əqrabımız, dost-tanışlarımızdır. Onlar da bizimlə yalnız məzarlığa qədər gələ bilərlər, lakin o biri tərəfə bizimlə gedə bilməzlər. Üçüncü gec-gec xatırladığımız dost isə o biri dünyada bizə ən çox faydası toxunacaq olan bu fani dünyada etdiyimiz yaxşılıqlardır.

Üçüncü dostunuza daha çox diqqət yetirin. Çünki bizə ən çox onun faydası toxunacaq!


Tarix: 03.12.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı melumatlar