beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Şəms və eşqi

Bir gecə söhbət edərkən qapı döyülür və çöldən izdihamlı şəkildə biriləri;
"Şəəəəəms, çıx çölə" deyə bağırır.
Mövlana da yaxınlaşan kədəri hiss etmiş kimi "çıxma" deyə yalvarır.
Hikmətdən ötə Qüdrətdən nazır Şəms gülümsəyərək:
"Təlaşlanma, verdiyimiz sözü tutma vaxtı gəlib çatıb" deyərək qapıya yaxınlaşır.
Mövlana:
"Nə sözü? Hara? Niyə?" deyərək əllərindən yapışır Şəms`in.
Şəms neçə illərdir gizlətdiyi sirri söyləyir:
- "Şam`da Rəbbim`ə yalvarmış, eşqimi seyr edəcəyim bir ayna istəmişdim. Rəbbim səni verdi, səndə seyr etdim..."
- "Seyr etməyə davam edək" dedi Mövlana.
Şəms: "Rəbbim də mənə demişdi ki, o aynayı versəm nə bağışlayarsan?
Tərəddüd etmədən; "başımı verərəm!"
Şəms çölə çıxdı.Sadəcə bir ALLAH nidası eşidildi...
Ay işığında yerdə üç-beş damcı qan seçilirdi, amma yerdə nə baş nə də qatillər var idi. Eşqləri sirr olmuşdu.
Mövlana`yı sahiblənənlər, Onu bölüşmək istəməyənlər şəhid etmişdi Şəms`i.

Eşqin qanunudur yaxın ətrafın dözümsüzlüyü...


Tarix: 03.12.2014 / 15:25 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı melumatlar