beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wi-Fi (Araşdırma)

Danimarka alimləri simsiz internet təmin edən Wi-Fi aparatları ilə bağlı araşdırma aparıb. Buna səbəb Wi-Fi modemlərinin ətrafdakı canlılara təsirini öyrənmək olub.
Araşdırmaların sonunda üzə çıxıb ki, simsiz rabitə azyaşlılarda baş ağrısı yaradır və bitkilərin inkişafının qarşısını alır. Wi-Fi modemlərinin ziyanlı tərəfini müəyyən etmək üçün bir neçə azyaşlı ekspermentdə iştirak edib. Gecədən səhərə qədər simsiz rabitə qoşulan telefonun yanında yatan uşaqlar səhər yuxudan durarkən baş ağrısından əziyyət çəkib.
Bundan əlavə 12 gün ərzində Wi-Fi aparatı yerləşdirilən və internetsiz olan iki ayrı otağın hər birinə 6 ədəd gül qoyulub. İnternet rabitə olan otaqda güllər solmağa başladığı təqdirdə, digərində bitkilərin durumu normal olub.
Wi-Fi (Wireless Fidelity - "simsiz dəqiqlik") simsiz şəbəkə yaratmaq üçün istifadə edilir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsinə şərait yaradır. Məhz bu texnologiya vasitəsilə internet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir.


Tarix: 24.12.2013 / 00:37 Müəllif: ADMIN Baxılıb: 252 Bölmə: Maraqlı melumatlar