beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz. Əli (ə) Dən Soruşdular:

Allahın ən güclü əsgəri kimdir?”. O, belə cavab verdi: “Dəmirə baxdım, onun möhkəmliyini və sərtliyini görüb Allahın ən güclü və əzəmətli əsgərinin dəmir olduğunu düşündüm. Daha sonra oda baxdım. Gördüm ki, od dəmiri əridir. Dedim ki, Allahın ən güclü və əzəmətli əsgəri oddur. Daha sonra suya baxdım gördüm ki, su odu söndürür. Bu zaman suyun Allahın ən güclü və əzəmətli əsgəri olduğunu zənn etdim. Sonra buludlara baxdım. Buludların suları daşıdığını görüb buludların Allahın ən güclü və əzəmətli əsgərləri olduğunu düşündüm. Küləyə baxdım. Buludların küləklər vasitəsi ilə hərəkətə gətirildiyini gördüm. Öz-özümə küləklərin Allahın ən güclü və əzəmətli əsgərləri olduğunu fikirləşdim. Sonra dağlara baxdım. Gördüm ki, küləklərə sinə gələn dağlardır. Dağların Allahın ən güclü və əzəmətli əsgərləri olduğunu düşündüm. Daha sonra insana baxdım. Gördüm ki, insan dağların üstündə dayanıb. Bu dəfə insanın Allahın ən güclü və əzəmətli əsgəri olduğunu düşündüm. Sonra insanı zəif edən səbəbə baxdım. Gördüm ki, yuxu insanı zəiflədib, özündən bixəbər edir. Dedim ki, yuxu Allahın ən güclü və əzəmətli əsgəridir. Yuxunu qaçıran səbəblərin nə olduğunu düşündüm. Qəm və kədərin yuxunu qaçırdığını gördüm. Qəm və kədərin Allan ən güclü əsgəri olduğunu dedim. Daha sonra gördüm ki, qəm və kədərin yeri qəlbdir. Qəlbin Allahın ən güclü və əzəmətli əsgəri olduğunu düşündüm. Baxım ki, bu qəlb yalnız Allahı zikr etməklə hüzura və rahatlığa qovuşa bilir. Bu zaman əmin oldum və dedim ki, Allahı zikr etmək ən güclü və əzəmətli əsgərdir”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar