beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSRAF ETDİYMİZ NEMET - ZAMAN

İSRAF ETDİYİMİZ NEMƏT - ZAMAN

Bu bizim üzərində düşünməmiş lazım olan nemətlərdən biridir. Elə bir nemət ki, bir anı belə geri qayıtmaz, daim irəliyə doğru hərəkət edər. Saatın əqrəblərini geri qaytarmaq asan olsa da, onun ifadə etdiyi zaman məfhumu təəssüf ki, bizi dinləməz. Bu halda əlimizdən bir şey gəlir, zamanın qədrini bilmək və bu neməti israf etməmək.

Allah subhanəhu təala qullarından zamandən istifadə xüsusunda xüsrandan qurtularaq İlahi ikramlara nail ola bilməmiz üçün tövsiyə edir:

فَإِذَا فَرَغْتَ فَانْصَبْ

وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ

"(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)" (İnşirah, 7-8)


Yəni ibadət və xeyirli işlərin biri bitdiyində, dərhal digərinə qaçmaq, hər hansı bir zamanın ibadətsiz və xeyirdən uzaq keçməsinə fürsət verməmək lazımdır. Çünki həyat, bizə üxrəvi səadəti qazanmaq üçün bir dəfəyə məxsus olaraq verilmiş bir nemətdir. Ölüm isə bir borc sənədinin ifa zamanını göstərən ödəmə tarixi kimidir.

Bir tacir, borcunu ödəmək üçün hazırlıq etmək üçün borcunu verəcəyi adama bir sənəd verər. Bundakı əcəl, o zaman ərzində ödənəcək miqdarı hazırlamaq üçündür. Dünya həyatı da bizə axirəti qazanmaq və ilahi razılığa nail olmaq üçün verilən bir möhlətdən ibarətdir. Necə bir tacir, ödəyəcəyi sənədi ciddiyə hesab etməz, qeyd edilən müddət ərzində pulu hazırlamaz və nəticədə ödəmə günü böyük bir çətinliyə və iflasın astanasında düşsərsə, insanoğlu da Allahın ona verdiyi ömür möhlətini yaxşı istifadə etmədiyi təqdirdə ziyana uğramaqdan xilas ola bilməz.

Hər insan, doğulduğu andan etibarən, reallaşdırma müddəti məchul bir ölüm hökmü ilə məhkumdur. Bu hökmün reallaşma zamanı isə Əzrail-əleyhissalam-ilə qarşılaşacağı andır. Üstəlik sənəddə ödəmə tarixi müəyyən olduğu halda, insan ömrünün mütləq olan həddi məchul qılınmışdır. Bu da hesab verməyə hər an hazır olmağı tələb edən, dəhşətli bir gerçəkdir.

Zamanın qiymətini təqdir edib onu qiymətləndirmənin məcburiyyətini bildirən hədisi-şəriflərdə belə buyurulur:

"Beş şey gəlmədən əvvəl beş şeyi qənimət bil:
Qocalığından əvvəl gəncliyini, xəstələnmədən əvvəl səhhətini, kasıblığından əvvəl varlılığını, məşğul zamanlarından əvvəl boş vaxtlarını və ölümündən əvvəl həyatını!"
(Hakim, əl-Müstədrək, IV, 341; Buxari, Rikak, 3; Tirmizi, Zühd, 25)

"Qiyamət günündə dörd şeydən sorğulanmadıqca, qulun ayaqları yerindən tərpənməz:
1. Ömründən; onu nə ilə yox etdi?
2. Gəncliyindən; onu harada çürütdü?
3. Malından; onu haradan qazandı və hara sərf etdi?
4. Elmindən, onunla nə etdi?"
(Tirmizi, Qiyamə, 1)

"İki nemət vardır ki, insanların çoxu bu nemətləri istifadədə aldanmışdır: Səhhət və boş vaxt."
(Buxari, Riqaq, 1)

Uca Allah lütf etdiyi maddi-mənəvi bütün nemətlərindən axirətdə biz qullarını hesaba çəkəcəyini bir çox ayəti-kərimə ilə bəyan buyurmuşdur. İslam alimləri, ilahi hesaba mövzu olan ən mühüm nemətlərin nələr olduğu xüsusunda fərqli izahlar etmişlər: İbn-i Məsud-radiyallahu anh-, bunların, "əmniyyət/təhlükəsizlik, səhhət və boş vaxt" olduğunu söyləmiş, Müaviyə min Kurrə-rahmətullahi əleyh də "Qiyamət günü ən şiddətli hesab, boş vaxtın Hesabıdır." buyurmuşdur. (Bursəvi, X, 504)

İmam Qəzali-rahmətullahi aleyh-vaxt israfına qarşı bu xəbərdarlıq çox ibrətlidir:

"Oğul! Fərz et ki, bu gün öldün. Həyatında keçirdiyin qəflət anlarına nə qədər kədərlənəcəksən. Ah, kaş ki, deyəcəksən. Lakin əfsuslar olsun! "

Cüneyd-i Bağdadi-rahiməhullah-da belə buyurur:

"Dünyanın bir günü, axirətin min ilindən xeyirlidir. Çünki qazanmaq və itirmək keyfiyyətləri bu dünyaya aiddir. Axirətdə isə qazanmaq və ya itirmək yoxdur.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Maraqlı melumatlar