beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatın Mənasını Itirmişəm (Suala Dini Və Psixoloj

Sual:
19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı... Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq... Zəhmət olmasa, mənə məsləhət verin.

Dini baxışdan cavab:

Bir çox insanda zamanla bu cür hisslər baş qaldırır. Bu dönəmlərdə mütəmadi olaraq Quran və dini kitabları mütaliə etmək lazımdır. Nə qədər dini daha çox yaxına buraxsaz, bir o qədər onun çağırışına bağlanacaqsız və təbii ki, həyatın anlamını axtarmağa lüzum qalmayacaq, çünki hər bir inanclı insanın həyatının mənası Yaradanının ondan razı olmasıdır. Allahın razılığını qazanmaq üçün, onun qanunlarına, dininə (İslam) riayət etmək lazımdır. Allaha tez-tez dua edin:

Ərəbcə:
اللّهُـمَّ إِنِّي عَبْـدُكَ ابْنُ عَبْـدِكَ ابْنُ أَمَتِـكَ نَاصِيَتِي بِيَـدِكَ،
مَاضٍ فِيَّ حُكْمُكَ،
عَدْلٌ فِيَّ قَضَاؤكَ أَسْأَلُـكَ بِكُلِّ اسْمٍ
هُوَ لَكَ سَمَّـيْتَ بِهِ نَفْسَكَ أِوْ أَنْزَلْتَـهُ فِي كِتَابِكَ
، أَوْ عَلَّمْـتَهُ أَحَداً مِنْ خَلْقِـكَ أَوِاسْتَـأْثَرْتَ بِهِ فِي عِلْمِ الغَيْـبِ عِنْـدَكَ
أَنْ تَجْـعَلَ القُرْآنَ رَبِيـعَ قَلْبِـي، وَنورَ صَـدْرِي وجَلَاءَ حُـزْنِيوذَهَابَ هَمِّـي
Oxunuşu:
"Allahummə inni əbdukə, ibnu əbdikə, ibnu əmətikə nasiyəti biyədikə, mazin fiyyə hukmukə, ədlun fiyyə qəzaukə, əs`əlukə bi kulli ismin huvə ləkə səmməytə bihi nəfsəkə əv ənzəltəhu fi kitabikə, əv əlləmtəhu əhədən min xalqikə əv istə`sərtə bihi fi ilmil-ğaybi indəkə ən təc`ələl-Qur`anə rabi`ə qalbi, və nurə sadri, və cəla`ə huzni və zəhabə həmmi".

Tərcüməsi:
"Ey Allah, həqiqətən mən sənin bəndənəm, sənin kişi bəndənin oğlu və qadın bəndənin oğluyam. Sənin hakimiyyətin altındayam, Sənin hökmün mənim üçün gərəklidir, barəmdə çıxardığın qəzavətin (qərarın) isə ədalətlidir. Səni hər bir adın xatirinə and verirəm, o adlarla ki, sən özünü adlandırmısan və ya Kitabında göndərmisən və ya onu yaratdıqlarından birinə öyrətmisən və ya özündən başqa hamıdan gizli saxlamısan, Quranı qəlbimin baharı, sinəmin nuru, hüznümün yoxa çıxma səbəbi və narahatçılığımın getməsi üçün səbəb qıl."

Ərəbcə:
اللّهُـمَّ إِنِّي أَعْوذُ بِكَ مِنَ الهَـمِّ وَ الْحُـزْنِ، والعًجْـزِ والكَسَلِ والبُخْـلِ والجُـبْنِ، وضَلْـعِ الـدَّيْنِ وغَلَبَـةِالرِّجال
Oxunuşu:
"Allahummə inni ə`uzu bikə minəl-həmmi vəl-huzni, vəl-`əczi vəl-kəsəli vəl-buxli vəl-cubni, və zəl`id-dəyni və ğaləbətir-ricali."
Tərcüməsi:
"Ey Allah, həqiqətən mən Sənə narahatçılıq və hüzn, acizlik və qayğısızlıqdan, xəsislik və ürəksizlikdən, borc ağırlığı və insanların sıxışdırmasından pənah aparıram"
Növbəti tətil günlərində yaxşıca təkamül edin. Qohumlarınıza baş çəkin (sözsüz ki, bir qadının yaşadığı məntəqədən çıxma qanunlarına riayət etmək şərtilə), imkan daxilində kənddə (və ya rayonda) yaşayan yaxınlarınıza dəyin. İstənilən dəyişiklik sizə bu mərhələni keçməkdə yardımçı olacaq. Həm də, bəzi insanlara qocalar evi, körpələr evini ziyarət etmək də pozitiv enerji verir.
Psixoloji baxışdan cavab:

Hal hazırda sizin başınıza gələnləri çərçivədən kənarlaşmış bir şey adlandırmaq olmaz, belə ki, yeniyetmə dövründə belə bir halın görsənilməsi pozuntu və ya düz gəlməmədən daha çox normal haldır. Ümumi mənada, sizinlə baş verənlər yaş böhranına aiddir. Yeniyetməlik çağı özlüyündə bu cür xarakterizə olunur ki, əhəmiyyətli orientasiya sistemində qlobal qiymətləndirmə, xatircəm həyat mövqeyinin aktiv təşəkkülü (prosesi) gedir. Bu, o yaş dövrüdür ki, özünütanıma və dünyanı hiss etmə məsələləri daha çox aktuallaşır. Yalnız gənc oğlan və qızlar özləri haqqında hərdən "Mən özüm özümü itirmişəm" kimi ifadələr söyləyə bilərlər.
Tənhalıq hissinin aşkar olmasına gəlincə, bu ruhani böyümənin (inkişafın) nəticəsi ola bilər. Həmyaşıdlarla ünsiyyət əsas mənəvi-estetik tələblərə cavab vermədikdə, bu cür şeylər yaranır. Amma yeni ünsiyyət hələ ki, yoxdur. Bu aydın bir siqnaldır ki, nəyisə dəyişmək və ya yeni bir mərhələyə keçmək lazımdır. İş orasındadır ki, əgər siz indi aktiv halda şəxsi durumunuzu yaxşı istiqamətdə dəyişdirməyə qalxmasaz, o zaman, şərait özü sizi hər hansı bir qərar qəbul etməyə vadar edəcək. O vaxt da, sizin inkişaf yoluna deyil, tənəzzül istiqamətinə getməyiniz ehtimal olunur.
İstənilən böhran mövcud şeylərin mövqeyini dəyişmək üçün daha kəskin duyulan ehtiyacın yaranması kimi durumdan başqa bir şey deyildir. Amma bu dəyişikliklər ya qeyri-mümkün, ya da prespektivsiz görsənir. Bu halda, ən əsas şey - dəyişiklikdən çəkinməmək, geriyə çəkən, həyatda yeni addım atmağa qoymayan şeylərdən qorxmamaqdır. Bu, ağır yük daşıyan bir insanın vəziyyəti kimidir: bir yandan - atmaq heyifdir, digər tərəfdən - daşımaq ağırdır.
Hal-hazırda zəruri olan şey təslim olmamaq və şəxsi mövqeləri təslim etməməkdir. Daxili boşluğun ümidsizlik, qorxu, depressiya və s. lazım olmayan vəsaitlərlə dolmasına imkan verməmək lazımdır. Törəməyə başlamış həmin boşluğu nə isə xeyirli bir şeylə, ən yaxşısı bilgilərlə doldurmağa başlayın. Bir xeyir və faydası olmayan, yalnız zaman və qüvvəni aparan maraqlardan imtina edin.
Hər gün sizi əhatə edənlərə fayda gətirəcək bir iş görəcəyinizi hədəf seçin. Ümumiyyətlə, yatmamışdan əvvəl, gün ərzində nəticələrin yekunlaşdırılması barədə suallara cavab verməkdən ibarət kiçik bir vərdiş yaratmağınızı sizə məsləhət görərdim: "Bu gün faydalı nə iş görmüşəm?" Əmin olun ki, bu yolda zəhmət çəkməklə, müsbət nəticə özünü çox gözlətməyəcək və çox qısa bir zamanda siz, indi olduğunuz həmin bu vəziyyətdən çıxacaqsız.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Maraqlı melumatlar