beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbn Abbasın Xəvariclərlə Mübahisəsi:

Abdullah İbn Abbas t deyir: hərurilər (xəvariclər) zühur etdikdə altı min idilər. Mən Əliyə t: "Ya Əmirəl Muminin sən namazı bir az gecikdir mən onlarla söhbət edim!" –dedim.
O, "mən sənin üçün təhlükədən qorxuram!" – dedi. Mən: Sən heç narahat olma deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan daha şiddətli ibadətə həris olanını görməmişdim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabar atmışdı), üzlərində səcdənin əlaməti görsənir, əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər:
- Bu geyindiyin paltar nədir?
- Məni bununla təqsirkar sayırsızmı? Mən Rəsulallahın e əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu: "Allahın qulları üçün yaratdığı zinət və təmiz rizqləri haram edən kimdir?".
Sonra mən onlara dedim: Peyğəmbərin e əshabının, mühacir və ənsarların, Peyğəmbərin e əmisi oğlu və kürəkəninin yanından gəlirəm. Quran onların zamanında nazil olub və onlar onu sizdən daha yaxşı başa düşürlər. Onlardan heç birini sizin aranızda görmürəm. Mən onların dediklərini sizə, sizin dediklərinizi isə onlara çatdırmaq istəyirəm.
Bəziləri: Qureyşlə münaqişə etməyin – deyərək bu ayə: "Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!"- ilə etirazlarını bildirdilər.
İki üçü nəfər: "onlarla danışın" - dedilər.
Onlardan biri mənə yaxınlaşdı və mən dedim: Peyğəmbərin e əshabına, əmisi oğluna, kürəkəninə və ilk iman gətirənə qarşı etiraz etdiyiniz məsələləri deyin. Onlar dedilər: bizim üç etirazımız var.
Birinci: O, Allahın dinində hakimliyi kişilərə verdi. Allah təalə isə buyurur: "Hökm yalnız Allahındır".
İbn Abbas t dedi: Yaxşı bu bir.
Onlar dedilər:
Ikinci: Əli (Müaviyəyə qarşı etdiyi) döyüşlərdə qənimət və əsir götürmədi. Əgər onlar kafirdirlərsə onda onların malları və namusları bizə halal olmalıdır. Əgər onlar mömindirlərsə onda onların qanlarını tökmək bizə haramdır.
İbn Abbas t dedi: bu ikincisi bəs sonra.
Onlar dedilər:
Üçüncü: O, öz üzərindən möminlərin əmiri adını sildi. Əgər o möminlərin əmiri deyilsə, onda kafirlərin əmiri olmalıdır.
İbn Abbas t dedi: sizin bundan başqa şikayətiniz varmı?
Onlar: bu kifayətdir - dedilər.
İbn Abbas t dedi: Əgər mən sizə Qurandan və sünnədən sizin dediklərinizin lazımlı cavabını versəm söylədiklərinizdən dönərsinizmi?
Onlar dedilər: Bəli.
İbn Abbas t dedi: siz deyirsiniz ki, Əli t Allahın dinində hakimliyi kişilərə vermişdir. Mən isə sizə Qurandan bir ayə oxuyacam. Bu ayədə Allah təalə, qiyməti 4\1 dirhəm olan dovşanın hakimliyini kişilərə həvalə etmişdir. Allah təalə buyurur: "Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!".
Ərlə arvad haqda isə belə buyurur: "(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!".
Indi isə sizi Allaha and verirəm! Insanların qanının tökülməsinin qarşısını almaq və onları barışdırmaq üstündür, yoxsa qiyməti 4\1 dirhəm dəyərində olan dovşan!?. Onlar dedilər: Əlbətdə ki, qanının tökülməsinin qarşısını almaq və onları barışdırmaq üstündür.
İbn Abbas t dedi: bu suala cavab verdimmi?
Onlar dedilər: Bəli, Allah da şahiddir.
Sizin ikinci etirazınız; "Əli (Müaviyəyə qarşı etdiyi) döyüşlərdə qənimət və əsir götürmədi". Məyər siz ananız hesab edilən Aişəni t əsir götürər və onunla əsirlərlə aparılan münasibətləri edərdinizmi? Əgər bunu etsəydiniz küfr edərdiniz. Yaxud, "o bizim anamız deyildir" desəniz yenə də küfr edərsiniz. Allah təalə buyurur: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)...". Siz iki zəlalət və zülmət içərisinidəsiniz. Bundan çıxış yolu tapın.
Sonra İbn Abbas t dedi: Bu sualınıza da cavab verdimmi?
Onlar dedilər: Bəli, Allah da şahiddir.
Sonra siz dediniz ki, "O, öz üzərindən möminlərin əmiri adını sildi". Peyğəmbər e hüdeybiyyə sülhü günü Qureyş qəbiləsini yazılı şəkildə ittifaq etməyə çağırmışdı. Peyğəmbər e buyurdu: "Yaz! Bunu Allahın elçisi Məhəmməd imzalayır". Qüreyşli müşrik dedi: Allaha and olsun, əgər biz sənin Allah elçisi olduğunu tanısaydıq sənin Kəbə evini ziyarət etməyinə mane olmaz və sənə qarşı döyüşməzdik. Sən sadəcə olaraq Məhəmməd İbn Abdullah yaz.
Peyğəmbər e buyurdu: Allaha and olsun ki, siz mənə iman gətirməsəniz də mən Allahın elçisiyəm. Sonra Əliyə t dedi: Ey Əli! Məhəmməd İbn Abdullah yaz!
İbn Abbas t dedi: Peyğəmbər e Əlidən də xeyirli və üstün idi. O, öz adını sildi. Onun öz adını silməsi Peyğəmbərliyinin silinməsi demək deyildir.
Sonra İbn Abbas t dedi: buna da cavab verdimmi?.
Onlar dedilər: Bəli, Allah da şahiddir.
Bu söhbətdən sonra onların iki min nəfəri öz dediklərindən döndülər qalanlarını isə Mühacir və Ənsarlar Nəhrəvan döyüşündə öldürdülər.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar