beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***ISLAM_DINI***

İslamda qanun boşluğu yoxdur
Biz inanırıq ki, insanların
ehtiyaclı olduğu bütün məsələlər
barəsində lazım olan hökmlər
(hətta qiyamət gününədək,
bəzən xüsusi və bəzən də
ümumi şəkildə) islamın köklü
mənbələrində bəyan
olunmuşdur. Elə bu səbəbdən
də, heç bir fəqihin öz şəxsi
rəyinə əsasən hökm verməyə
ixtiyarı yoxdur! Onlar yalnız
Qur`an, sünnə, ağıl və icma
əsasında ictihad edərək, dini
hökmləri bu dörd mənbədən ələ
gətirir və onları müsəlmanlara
təqdim edirlər. Çünki islam dini
kamil bir dindir və heç bir alimin
fəqət özünün şəxsi rəyinə
əsaslanaraq verdiyi hökmə
ehtiyaclı deyildir.
Qur`ani-kərim, (axırıncı nazil
olmuş surələrdən sayılan) Maidə
surəsinin 3-cü ayəsində
buyurmuşdur ki; “Bu gün sizin
dininizi kamil etdim və nemətimi
sizə tamamladım və sizin üçün
İslam dinini seçdim!” Belə olan
halda İslam dini bütün əsrlərin
ehtiyaclarına cavab verə biləcək,
kamil və hər tərəfli bir “fiqhə”
malik olmazsa, onu kamil din
adlandırmaq olarmı?
İslam Peyğəmbəri (s) “həccətül-
vida”da, özünün ən tanınmış
hədisində söyləmirmi ki, “Ey
camaat! Sizi behiştə
yaxınlaşdıran və cəhənnəm
atəşindən uzaqlaşdıra biləcək
hər bir şeyə əmr etdim! Və sizi
cəhənnəm alovuna
yaxınlaşdıran və behiştdən
uzaqlaşdıran hər bir şeyi
qadağan etdim!” (“Üsuli-kafi”, c.
2, s. 7, “Biharül-ənvar”, c. 687, s.
96) İmam Sadiq (ə) buyurur:
“İmam Əli (ə) İslam dininin
bütün hökmlərini (Peyğəmbərin
imlası və əmrilə) yazdı. Hətta
kiçik bir canlının diyəsinin
hökmünü belə yazdı!”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar