beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua Nədir?

Dua - ərəb dilində çağırmaq deməkdir. Hər kəsin bir dərdi olanda, Allah-təalaya üz tutub "ay Allah", "İlahi", "Pərvərdigara", "Xudaya" sözlərlə o böyük yaradanı çağırır.
Dua - Allah təalaya edilmiş telefon misalındadır, yəni qəbul olunan duanın cavabı telefon kimi tez gələr.
Dua - teleqraf misalındadır, yəni qəbul olunan duanın cavabı bir az sonra gələr.
Dua - Allah təalaya yazılmış məktub misalında da ola bilər, yəni cavabı vaxtı çatanda gələr və dərəcə - dərəcə mətləb alar.
Dua - çarəsizlərə, darda qalanlara, maddi ümidlərin kəsildiyini anlayıb Allaha əl açıb, imdad istəyənlərin qurtuluş telefonudur.
Dua - Allah Təalaya yalvarmaq, kömək istəməkdir.
Dua - Allahı zikr etmək, yada salmaq, ən böyük və ən qüdrətli nəzir - niyazdır.
Dua kimi ibadət insanın imdadına çatan bir vasitə yoxdur. Kamil insan duadan bir an belə uzaq olmaz.
Dua - ümidsizlərin ümid qapısıdır, bütün arzuların açarıdır.
Dua olmasa dinc, salamat və xoşbəxt yaşamaq mümkün deyil.
Dua - maddi və mənəvi dərdlərə davadır.

Quranda bəzi peyğəmbər və övliyaların etdiyi dualar:

1. Ey bizim Pərvərdigarımız, hansısa bir əmrini yerinə yetirməyi yaddan çıxarmışıqsa, ya bir işdə bizdən xəta baş veribsə, onu bizim üçün günah yazma. Ey Pərvərdigarımız, bizimlə elə rəftar et ki, keçmişlərimizlə rəftar etmisən, ağır təklifləri bizim çiyinlərimizə qoyma.
Ey bizim Pərvərdigarımız, o şeyi ki bacarmaqda qüdrət və qüvvəmiz yoxdur, o işi bizə həvalə etmə. Öz lütfünü bizdən əsirgəmə. Bizi bağışla, çünki sən bizim mövlamızsan.
2. Pərvərdigara, mənim ürəyimi geniş eylə və işlərimi asan et. Mənim dilimə lətafət və düzgünlük ver ki, danışığımı dərk etsinlər.
3. Ey Pərvərdigarımız, o gün ki hesab çəkəcəksən, məni, valideynlərimi və möminləri bağışla.
4. Pərvərdigara, bizə rəhbərlik əta edəndən sonra qəlbimizi batilə tərəf döndərmə, öz tərəfindən bizə rəhmət əta elə, çünki sən bağışlamağı sevənsən.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar