beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnət ucuz deyil, cəhənnəmdə bahalı deyil

Yer üzü, hər gün, insanlara 10 cümlə ilə səslənər
Ey Adəmoğlu !
Üzərimdə; gəzib gəzirsən! İçimdə ; hərəkət edə bilməyəcəksən!
Üzərimdə ; günah işlərsən! İçimdə ; hesab verəcəksən!
Üzərimdə ; gülürsən! İçimdə ; ağlayacaqsan!
Üzərimdə ; sevinərsən! İçimdə ; qəmli olacaqsan!
Üzərimdə ; mal yığırsan! İçimdə ; peşman olacaqsan!
Üzərimdə ; haram yeyirsən! İçimdə ; qurdlar səni yemək!
Üzərimdə ; hiylə edirsən! İçimdə ; zəlil olacaqsan!
Üzərimdə ; xoşbəxtsən! İçimdə ; kədərə düşersn!
Üzərimdə ; işıqda gəzirsən! İçimdə ; qaranlığa düşərsən!
Üzərimdə ; hər kəslə bərabərsən! İçimdə ; tək qalacaqsan!

5 şeyi çox yaxşı qiymətləndir !
Peyğəmbər əfəndimiz səv bir səhabəyə öyüd üçün belə buyurmuşdur
Beş şeydən əvvəl, Beş şeyi çox yaxşı qiymətləndir
1. Qocalmadan əvvəl gəncliyini !
2. Xəstələnmədən əvvəl sağlamlığını !
3. Məşğuliyyətdən əvvəl boş zamanı !
4. Kasıb düşmədən əvvəl zənginliyini !
5. Ölmədən əvvəl həyatını !

Bəzi Nəsihətlər..
Gəncliyini əylənməklə keçirən, qocalığını ağlamaqla keçirər.
Qürur, yüksək adamı alçaldar.
Yetimlərə zamin ol, Peyğəmbərə qonşu olarsan.
Səbr, ər kəslərin əxlaqıdır.
Hər yaxşılıq və pisliyin qarşılığı vardır.
Yaxşılıq et amma başa qaxma.
Cənnət ucuz deyil, cəhənnəmdə bahalı deyil.
Nə halda olursan ol, Allahdan qorx.

Dəyər :
Bu 4 şeyin dəyərini ancaq aşağıdakı 4 kimsə bilə bilər
1. Gəncliyin dəyərini ancaq yaşlılar bilər.
2. Dincliyin dəyərini ancaq bəla çəkənlər bilər.
3. Sağlamlığın dəyərini ancaq xəstələr bilər.
4. Həyatın dəyərini ancaq ölülər bilər.
Peyğəmbərimiz (s) buyurdu ki: Gecə uzundur, onu yuxu ilə qısaltma Gündüz işıqlıqdır, onu günahlarla qarartma

Peyğəmbərimiz (s) buyurdu ki:
Qiyamət günü, bu üçü xaric, bütün gözlər ağlayacaq
1. Allah qorxusu ilə yaş tökən Göz
2. Allahın haram etdiyi şeylərə baxmaqdan qaçınan Göz
3. Allah yolunda yuxusuz qalaraq keşik tutan Göz

Əməl Dəftəri:
Adəmoğlu ölüncə əməl dəftəri bağlanar,
tək bu 3 vəziyyətdə qulun dəftərinə yaxşılıq işlənməsinə davam edilər
1. Sadaka-i Cariyə (Qalıcı bir Xeyir)
2. Buraxdığı elmdən faydalana bilənlər
3. Ana Atanın əfvi üçün dua edəcək saleh bir övlad

HzAdəmin, oğlu Şit'ə və onun timsalında bütün insanlara etdiyi beş maddəlik nəsihəti belədir :

1- Ey Şit! Oğullarına söylə: Dünyaya ayrılmayacaqlarmış kimi baxmasınlar Buradan bir gün köçüb gedəcəklərini düşünsünlər .
Mən də Cənnətdən ayrılmayacağam deyə düşünmüşdüm.

2- İnsanlara söylə: Xanımlarının sözünü həqiqətin də özü sanıb, dərhal qəbul etməsinlər Bir az düşünüb isabət dərəcəsini araşdırsınlar.
Çünki mən xanımımın sözünü düşünmədən qəbul etdiyim üçün, qadağan ağacın meyvəsindən yedim, sonunda da böyük bir peşmançılığa düşdüm.

3- Oğulların, edəcəkləri işin sonunu düşünsünlər.
Əgər mən o ağacının meyvəsindən yeyərkən bu işin sonunu düşünsəydim, başıma gələnlər gəlməyəcəkdi.

4- Bir işə başlarkən, içlərində o işə aid bir narahatlıq və istəksizlik duysalar, təkrar düşüunüp, yenidən tədqiq etsinlər .
Əgər mən, o ağacdan yeməmişdən, içimdəki narahatlıq və istəksizlik üzərində dayanıb, qərarımı yenidən gözdən keçirsəydim, sonunda bu peşmançılığa düşməyəcəkdim.

5- Düzgünlük və isabət dərəcəsini qəti olaraq bilmədikləri işlərdə də, müşavirə etsinlər. Dürüstlüyünə inandıqları kəslərlə etdikləri müşavirə nəticəsindəki qərara görə hərəkət etsinlər.
Əgər mən, mələklərlə müşavirə edib, işimi onlarla müzakirədən sonra qərara bağlasaydım, başıma gələnləri layiq olmayacaq, müsibətlərə məruz qalmayacaqdım
Bu sözlərimi sən də öz oğullarına çatdır ki, beləcə atadan oğula, oğuldan da nəvəyə intiqal edərək, dünya davam etdikcə təsirini icra etsin!


Tarix: 03.06.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar