beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İman günahlarla birgə ola bilərmi?

Soruşula bilər ki: “ Həşrə, Cənnət və Cəhənnəmə şübhə etməyən qəti iman işlərdə xətaya necə yol verə bilər? Insan təbiəti izn verə bilərmi ki, qul onu ya cəzalandıracaq ya da mükaflandıracaq Hökmdar qarşısında sabah dayanacağını bilərək arsızcasına yatsın? O Hökmdarın qarşısında necə duracağı və cavaba hazırlaşmaması barədə düşünmürmü?

Allaha and olsun ki, bu insanların çoxunda yaranan düzgün sualdır. İmanla xətanın bir yerdə olması -ən təəcüblü hadisədir. Belə insan xətaları bəzi səbəblərə görə edir.
Onlardan biri – elmin kamil və əminliyin kifayət qədər olmamasıdır və kimsə zənn edirsə ki, elm həcmə görə fərqlənmir, o böyük səhv edir.
Allahın sevimlisi İbrahim Rəbbindən ölüləri necə diriltdiyini göstərməyi xahiş etdi. O dəqiq bilirdi ki, Rəbbi buna qadirdir, lakin qeyb elminin aşkar elmə keçməsi ilə daha çox sakitlik əldə etmək istəyirdi.

Əhmədin “Müsnəd”ində hədis rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Xəbər verilən gözü ilə görülənə bərabər deyil”.

Kamil olmayan elmin üstünə insanın əksər vaxtının və ya vaxtının böyük hissəsinin arsızlıq və laqeydsizlik izhar etdiyini və zidd əməllər etdiyini gəlin. Buna təbii istəkləri, şəhvətin istəklərini və azdırmalarını, nəfsin vəsvəsələrini və şeytanın azdırmasını əlavə edin. Buna Allahın vədinin tezliklə görsənməməsini, insanın böyük planlar qurmasını, arsızlıq halında olmasını, dünya həyatını və mənfəətini sevməsini əlavə etsəniz onda aydın olar ki, imanı yalnız yeri-göyü əsməkdən Saxlayan saxlaya bilər. Bu səbəbdən, insanlar bir-birlərindən imanının gücü və əməllərinin salehliyi ilə seçilirlər və onların ən zəifində o, qəlbdə olan zərrə boyda toza bənzəyir.
Bu səbəblər bir yerə yığıldıqda bəsirətliyin və səbrin kifayət qədər olmamasına gətirir və ona görə Allah Sübhanə Təala səbr və yəqinliyə malik olanları tərifləyib və dində imam adlandırıb: “Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik” (əs-Səcdə, 24).
Bizə ümid və aldanmaq arasında olan fərq aydın oldu. Allahın rəhmətinə ümid insanı yaxşı əməllər görməyə həvəsləndirirsə onda onu düzgün hesab etmək olar, lakin onu tənbəlliyə və günahların çoxalmasına itələyirsə onda bu aldanmaqdır.
Allah barəsində gözəl zəndə olmaq Ona ümid etməkdir və ümid insanı Ona itaət etməyə həvəsləndirirsə və asilikdən çəkindirirsə onda bu düzgün ümiddir. Bekarçılıq ümidə, ümid isə bekarçılıq və xətalara keçirsə onda bu aldanmaqdır.
Yaxşı məhsul gətirə biləcək torpağın sahibi onu baxımsız qoyub və onu şumlayıb əkməkdən imtina edərək məhsulu torpağı şumlamadan, toxum səpmədən, suvarıb qulluq etmədən yığacağını ümid etsə, onda insanlar onu səfeh hesab edərlər.
Eyniliklə bunu uşağın qadınla yaxınlıqsız dünyaya gəlməsinə və ya təhsil almadan və lazımi əziyyət çəkmədən zamanının boyük alimi olmasına və s. möhkəm ümid edən insan barədə demək olar.
Bu həmçinin Allah barəsində yaxşı zəndə olub yüksək pillələrə düşmək və əbədi ləzzəti əldə etməyə ümid edərək Uca Allahın əmrlərini yerinə yetirib haramlarından çəkinmək vasitəsi ilə Ona yaxınlaşmayan insana da aiddir. Həqiqətən yalnız Allah düzgün yola yönəldir.
O dedi: “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər.” (əl-Bəqərə, 218). Bunun üzərində düşün ki, onların ümidləri Allahın sevdiyi əməlləri etmələrindən irəli gəlir.
Bu arada aldanılmış insanlar deyirlər: “Allahın rəhmətinə xəta edib və Allah qarşısında borclarını ödəməyən, Onun əmrlərini yerinə yetirməyib, qadağanlarını pozanlar ümid edirlər”.
Məsələnin məğzi ondan ibarətdir ki, Allahın rəhmətinə ümid etmək yalnız o zaman olar ki, sən Onun müdrik şəriəti və qədərilə Onun mükafatı və rəhməti verilən əməlləri edəsən. Qul onları etməli və sonra Allah barəsində yaxşı zənn etməli və onu əməlləri ilə tək qoymayacağına və onlardan fayda götürməyinə yardım edib yaxşı əməllərə zidd olandan və onları batil edəndən qoruyacağına ümid etməlidir.


Tarix: 12.04.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Maraqlı melumatlar