beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmosda həyat mümkün olacaqmı?

BBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.

Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.

Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.

MarsBəs kosmosda yaşayış necə təşkil olunacaq?

Beynəlxalq Kosmos Stansiyası təcrübəsi kosmik koloniyalarda qarşılaşılacaq problemlər haqqında ilkin fikir yaratmağa kömək edir. Beləki, stansiyada 6 nəfər ekipaja su daşımaq üçün ildə 2 milyard dollar maliyyə vəsaiti xərclənir. Qida və oksigen tədarükünü nəzərə aldıqda xərclər daha da artır. Bu səbəbdən də öz-özünü təmin edən kosmik koloniyanın yaradılması zəruridir.

Digər önəmli problem insan orqanizminin qarşılaşa biləcəyi problemlərdir. Yer cazibəsinin az olması nəticəsində sümük və əzələlərdə zəiflik və başda təzyiq yüklənməsi yaranacaqdır. Bu nəticədə ömürlük və ya müvəqqəti göz xəstəliklərinə səbəb olur. Kosmik radiyasiya katarakt və xərçəng xəstəliyi riskini artırır. Moskva şəhərində Mars 500 layihəsi çərçivəsində 6 nəfər 520 gün ərzində 80 metrlik bir ərazidə yaşamaq məcburiyyətinə qalmış və nəticədə bir çoxunda yuxu, qavrama, depressiya kimi problemlər ortaya çıxmışdır. Kosmik koloniyalarda bu cür problemlər aradan qaldırılmalıdır.

Kosmosda doğulan və yaşayan insanlar bizdən fərqlimi olacaq ?

Tətqiqatlara görə bu cür izolə edilmiş koloniyalarda yaşayan insanların özlərinə xas mədəniyyətləri olacaq. Bəlkə öz dillərini yaradacaqlar, hətta bəzi fiziki xüsusiyyətlərə sahib olacaqlar.Şatl

Portland Universitetinin professor Kameron Smitə görə 2000 insandan ibarət olan bir kosmik koloniyanın sakinləri 300 ildən sonar bizdən fərqli bir görünüşə, fərqli davranış formalarına, saç quruluşuna, fərqli dəriyə, aşağı yer çəkiminə uyğun manevr etmək bacarığına malik hündür bədən quruluşuna və.s malik olacaqlar. Smitə görə hətta bu koloniyalarda genetik mühəndislik yolu ilə yeni orqanlar belə yaradıla bilər. Məsəl üçün, kosmik şüalardan qorunmaq üçün orqanlar və yaxud karbondioksidi oksigenə çevirə biləcək qəlsəmələr yaradılacaq. Bu yolla artıq insan süni biosferdən çıxaraq yeni evlərinə tam olaraq yerləşmiş olacaq.


Tarix: 26.11.2014 / 19:05 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqlı Melumatlar