beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sfinksın burnu niyə yoxdur?

“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır.

Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini 6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur, daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu ittihamlar əsassızdır, gümanlardır.

Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur.

Napoleona gəldikdə isə, yenə də, Sfinksın burunsuz olmasını təsdiqləyən rəsmlər mövcuddur. Avropalı səyahətçilər tərəfindən 1737-ci ildə çəkilmiş rəsmlər vardır ki, burada Sfinks burunsuz təsvir olunmuşdur. Bu rəsmlər fransız imperatorunun doğumundan 32 il əvvəl çəkilmiş rəsmlərdir.

Faktların yalan çıxmasına baxmayaraq, misirli ekskursiya rəhbərləri ölkəyə gələn turistlərə Sfinksın burnunun Napoleon tərəfindən qopardılaraq Luvra aparıldığını söyləyirlər.

Araşdırmaçıların tarixi faktlarına əsaslanaraq, Sfinksın burnunun sındırılmasında əsas günahkar sufi fanatı Məhəmməd Saim – Əl – Dah hesab edilir. Deyilənlərə görə, Sfinksın burnunu 1378- ci ildə bu adam sındırmışdır və onun törətdiyi vandalizmə görə, yerli əhali onu döyərək öldürmüşdür.

Daha çox həqiqətə uyğun səbəblərdən biri isə heykəlin 6500 il səhra küləyinin və hava durumunun təsiri altında bu hala düşməsidir. Belə ki, Sfinksın burunsuz qalması, uzun illər hava durumunun əhəng daşına təsirinin nəticəsidir. Əsrlərlə səhranın ortasında “ömür sürən” Sfinksın çoxsaylı təbii kataklizmlərə məruz qalması həqiqətən daha çox oxşayır.


Tarix: 26.11.2014 / 19:02 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqlı Melumatlar