beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyri-adi hindu qəbiləsi | Piraha

Braziliyanın Maisi çayı sahillərində Piraha adlı qeyri-adi hindu qəbiləsi yaşayır. Qeyri-adi olan — qəbilənin özünəməxsus, təkrarolunmaz məişəti və inancıdır.

Yazıçı və keçmiş missioner Daniel Everet Piraha qəbiləsinin içində düz 30 il yaşamışdır. Həmin dövr ərzində o, müasir dünyanın insani dəyərlərinin tam əksini görübmüş… Bu adamlar, demək olar ki, yatmırlar…

Bilirsinizmi, bu adamlar yatmağa gedərkən bir-birinə necə müraciət edirlər? Təbii ki, hər bir xalqın özünəməxsus mürariət forması olmasına baxmayaraq, mahiyyətcə hamısı eyni məna daşıyır. Yəni – “rahatlıq və şirin yuxular.”... Piraha qəbiləsində isə -” gecən xeyirə qalsın”- demək əvəzinə, belə deyirlər – “mürgüləməyi ağlına belə gətirmə, ətraf ilanlarla doludur.”

Piraha qəbiləsində belə hesab edirlər ki, yatmaq – çox ziyanlı bir şeydir… Birincisi – yuxu adamı zəif salır. İkincisi – yuxuda olan adam ölü kimidir və oyanarkən tamam başqa adam olur. Üçüncüsü isə oralarda ilanlar həqiqətən də həddindən artıq çoxdur.

Demək olar ki, Piraha qəbiləsinin üzvləri gecələr yatmırlar.
Onlar gecələri ağaclara söykənərək mürgüləməklə keçirirlər. Onlar gecələri – bir-biri ilə söhbətləşməklə, gülüb danışmaqla, ocaq əfrafında rəqs eləməklə və uşaqlarla oynayıb — əylənməklə keçirirlər. Fikirlərinə görə, adamlar gecələr yatmazlarsa, daha çox ömür sürər və hər 7 ildən bir yaxşılığa doğru dəyişərlər. Bu səbəbdən də onlar hər 7 ildən bir adlarını dəyişərək, özlərinə yeni adlar götürürlər. Bu qəbilə üzvlərinin adlarından təxmin etmək olar kim neçə yaşındadır.

Sabahı yaşamayanlar...
Bu adamlarda zaman ölçüsü yoxdur. Yəni — gecə yatmayan adam sabahın nə olduğunu bilmir.Hətta onlar bugünün nə demək olduğunu anlamırlar. Onlarda keçmiş və gələcək məfhumu demək olar ki, yoxdur. Bir sözlə, onlarda heç bir vaxt ölçüsü və heç bir təqvim yoxdur və gələcəyi təsəvvür belə etmirlər.

Piraha qəbiləsi
Etnoqraf – linqvist Everet ilk dəfə 1976-cı ildə hələ Piraha qəbiləsi haqda heç kəsin məlumatı olmadığı vaxtlar orada olmuşdur. Onların heç kimin anlamayacağı dilləri var. Çunki bu unikal dil heç bir dilə oxşamır. Everet ilk öncə bu dilin öyrənilməsinin çox çətin olacağını təxmin etmişdir. Sonra o, yanıldığını hiss etdi. Sən demə, bu dil öyrənmək üçün çox asan bir dil imiş. Bu dildə cəmi 3 sait və 7 samit səs var. Piraha qəbiləsində 1 rəqəmi yoxdur. Onlar hər şeyi cəm halında deyirlər. Onların rəqəm və hecaları yoxdur. Yəni onlar iki ifadə işlədirlər – “bir neçə” və “çoxlu”.

“ Nəzakətsiz ” adamlar...
“Salam”, “necəsiniz?”, “təşəkkürlər”, “kefiniz necədir?” və digər nəzakətli sözlər bütün xalqlarda çox tez-tez işlədilir. Amma bu cür sözlər Piraha qəbiləsi üçün yad sözlərdir. Onlar bu cür nəzakətli sözlərdən heç vaxt istifadə etmirlər. Bunun səbəbini isə belə izah edirlər ki, — “bu cür sözlərsiz də onlar bir-birlərini çox sevirlər və hörmətləyirlər”.


Tarix: 26.11.2014 / 18:16 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı Melumatlar