beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yad planetlərdən gələnlər...

Yer kürəsində daim baş verən maraqlı müşahidələr, kiçik fotogörüntülər və qısa kamera çəkilişləri ilə lentə alınmış materiallar planetimizə naməlum uçan obyektlərin daxil olduğunu sübut edir.
Buradan belə bir sual yaranır: bəs bu uçan naməlum obyektlər nələrdir? Deməli, Yerdən başqa da yaşayış olduğu ehtimal edilən planet və yaxud yeni sivilzasiya vardır. Lakin insan oğlu hələ Ay və Mars planetindən irəli gedə bilməmişdir. Bunun əsas səbəbi hazirda insan idrakının və tədqiqat sahəsinin həmin səviyyəyə çatmamasıdır. Yəni UNO-larla bizim aramızda informasiyanın birbaşa beyinə yeridilməsi kimi fərqlər mövcuddur.
UNO haqqında bir çox sirlər hələ ictimaiyyətə tam açıqlanmır. Lakin 1965-ci ildə Amerika hərbiçiləri tərəfindən naməlum uçan obyektin vurulması ictimaiyyətə məlumdur. Obyektin 5 nəfərlik heyyət üzvündən 1 nəfər sağ qalmışdır. Sağ qalan həmin canlı varlıq NASA-nın bazasında il yarım yaşamışdır . Alimlərin açıqlamasına görə həmin canlı varlığın orqanizmi daha sağlam və güclü olmuşdur.
Digər maraqlı faktlardan biri də Amerika və Rusiya kosmik fəza tədqiqatçılarının araşdırmalarıdır. Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, UNO-lar Yer kürəsinə əsasən, Cənub - Şərqi Asiya ərazisindən və Bermud üçbucağı üzərindən gəlirlər.
Ən mühüm faktlardan biri də budur ki, UNO-ların Qalaktika üzrə müşahidəçi qüvvələri vardır. Yer planetində gedən inkişaf prosesi onları qane etmir.1988-89-cu illərdə Rusiya Kosmik Tədqiqatlar İnstitutunda akademik R.Saqdeyevin rəhbərliyi altında aparılan "Fobs-1" və "Fobs-2" layihələri yeni fikirlərin yaranmasına səbəb olmuşdur. Belə güman edilir ki, UNO-lar şərti adı "qloriya" olan planeti qoruyurlar.
Digər maraqlı fakt isə ondan ibarətdir ki, onlar hər 15 ildən bir fəal surətdə gözə görünməyə başlayırlar. Bu hadisə isə Mars planetinin 15 ildən bir nəzərəçarpacaq dərəcədə yerdəyişməsi ilə üst-üstə düşür. Görəsən, doğrudanmı UNO-lar Yer və digər yaşayış ehtimalı olan sivilizasiyalarda balansın tarazlığına nəzarət edirlər?
Amerika Kosmik Tədqiqatlar İnstitutunun Ayda yeni raket sınağı zamanı peyda olan uçan naməlum obyektdən raketin üzərinə qırmızı şüa salınır, bununla da raket tam yararsız hala düşür. Bu hadisə UNO-ların müəyyən dərəcədə nəzarət etmə faktını sübut edir.
Məsələyə dini cəhətdən yanaşsaq daha maraqlı faktlarla rastlaşarıq. "Qurani Kərim"də həzrəti Süleyman peyğəmbərin gedişi-gəlişi bir ay, 60 gün, bir saniyə zaman içində Yəməndən Qüdsə çata bilən hansısa obyektdən xəbər verməsi də UNO-lara xas cəhətdir.
Yadplanetlilərin gəldiyi ərazilər içərisində Azərbaycan ərazisi də yer tutur. Son onillikdə əsasən, yay fəsillərində özünü büruzə verən UNO-ların müşahidə ərazisi kimi Xəzər dənizi qeydə alınmışdır.


Tarix: 26.11.2014 / 11:08 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı Melumatlar