beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dondurmanı kim fikirləşib?

Həqiqətən də görəsən hər bir kəsin rədd edə bilməyəcəyi şirniyyat olan dondurmanı kim fikirləşib? Bu məsələ amerikalılar, fransızlar və italyanlar arasında daimi mübahisəli məsələyə çevrilib. Lakin doğrudan da ilk dondurma satan müəssisə Amerikada açılıb, onun əsasını qoyan isə 1770-ci ildə İtliyanın Qenuya şəhərindən emiqrant olan bir italyan olub. Fransızlar isə iddia edirlər ki, hələ onlar 100 illər əvvəl dondurma istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız konditeri ilk dondurma şirkətini yaradıb.
Əslində həqiqətə qalsa tarixçilər dondurmanın yaradıcılarının əsgərlər olduğunu iddia edirlər və bu antik dövrə təsadüf edir. Onlar dondurmadan şirniyyat kimi yox, yaşamaq üçün qida kimi istifadə edirdilər. Makedoniyalı İsgəndərin əsgərləri isti şlkələrdə müharibələr aparırdılar və belə uzun mübarizələrdə onların suya və vitaminə ehtiyacları var idi.Buna görə də makedoniyalılar dağlara ən cəld qullarını yollayırdılr.Qullar dağlardann buzlu qar gətirir və onu giləmeyvələrlə qatırdılar.Yəqin fikirləşəcəksiniz ki, həmin qul gələnəcən axı o buz əriyər. Makedoniyalılar buna da çarə tapmışdılar. Belə ki, onlar sürətli qaçan qullar estafeti yaratmışdılar, onlar tez-tez bu buzları bir-birlərinə ötürürdülər, yəni birinci ikinciyə, ikinci üçüncüyə vəs. Bu müddətdə birinci tez gedib yeni buz gətirirdi.Əsgərlər bu yeni qidalarını bir az da zənginləşdirmək üçün ona gah şərab, gah meyvə, süd və ya bal qatırdılar. Bəs necə oldu ki, eskimo yarandı. 100 illər əvvəl amerikalı Nelson şokolad içində dondurma yaratdı və bunu askimo-pie( eskimo-pay), yəni eskimo pirojnası adlandırdı. Təzə dondurmanın reklamında isə eskimosların həyatını əks etdirirdi. Yeni dondurma həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatına çevrildi. Yavaş-yavaş pie sözü unuduldu. İndi biz çubuq üzərindəki şokoladlı dondurmanı eskimo adlandırırıq. Ümid edirəm ki, bu məlumatım hamınızın xoşuna gəldi.


Tarix: 25.11.2014 / 18:14 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Maraqlı Melumatlar