beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhv etməkdən qorxmayın!

İş dünyasındakı bir anlayışa görə; iş görən səhv edəcək. Bir adam səhv etmirsə iş gördüyündən şübhə edə bilərsiniz.

Səhv etməməyin iki səbəbi ola bilər:
Birincisi, iş görməyənlər səhv etməz. İkincisi, risk götürməkdən çəkinənlər səhv etməz.

Tomas Edisona, 999 sınaqdan sonra etdiyi mininci təcrübədə lampanı tapmasıyla əlaqədar olaraq belə bir sual vermişlər: 999 dəfə səhv etmənizə baxmayaraq, mininci təcrübəni keçirəcək gücü haradan tapdınız?

Edison bu cavabı vermişdi: - Lampanın kəşfi min mərhələli bir müddət idi. Səhv kimi görünən ilk 999 mərhələ, mininci və son mərhələyə aparan yol idi.

3M firmasının, səhvlər səbəbiylə bu günlərə gəldiyi izah edilir:

Məsələn, ofislərdə üzərinə kiçik qeydlər yazmaq üçün istifadə etdiyimiz Post-it-lər bir səhv nəticəsində tapılmışdır. 1900-cü illərin əvvəlində 3M şirkətinin idarəçiləri, araşdırma inkişaf etdirmə (ar-in) hissəsinə dünyanın ən güclü yapışqanını inkişaf etdirmə təlimatını verirlər. Görülən uzun işlərdən sonra ar-in bir yapışqan inkişaf etdirir. Ancaq tapdıqları yapışqan, dünyanın ən güclü yapışqanı olmaq bir tərəfə, ən zəif yapışdırıcısıdır. Belə ki, kiçik bir körpə belə yapışdırılan obyekti iki barmağıyla yüngülcə çəkdikdə obyekt asanlıqla gəlməkdədir. 3M şirkəti, əgər ar-in qrupunu səhvinə görə cəzalandırsaydı və kəşflərini zibilə atsaydı, bu gün 3M firmasını dünyaya yayan və ən böyük şirkətlərindən biri edən Post-it kağızı olmayacaqdı. Bu gün dünya şirkətləri, səhv edənləri cəzalandırmır.Əksinə, səhv etməyənləri fikirlərində(yadda) saxlamırlar.
Şerhler (0)
Şerh yoxdur, birinci sen ol!


Tarix: 27.08.2012 / 08:24 Müəllif: Behlul Baxılıb: 643 Bölmə: Maraqlı Məlumatlar