beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağın cinsiyyəti nədən asılıdır.

Gələcək valideynlər çox vaxt körpənin cinsiyyətinin əvvəlcədən planlanmasını istəyirlər.
Bu məsələ hələ də aktual olaraq qalır.Amma bunu da bilmək lazımdır ki,gələcək körpənin cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin 100%li metodu yoxdur.
Cinsiyyət tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edilir, qadının isə bu işdə heç bir rolu yoxdur.
Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.
Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yə'ni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.
X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır. Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur. Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur. Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır.


Tarix: 22.08.2012 / 02:47 Müəllif: [Ram] Baxılıb: 1525 Bölmə: Maraqlı Məlumatlar