Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Məşəl görmək

Məşəl yandırmaq –ölümə işarədir; məşəl aparmaq – qarşılıqlı sevgiyə işarədir; uzaqdan işıq saçan məşəl görmək – sevgi etirafı, məşəllərlə yürüş – sizi nüfuz gözləyir.



Məşəl – inqilab, yeniliklər, dəyişikliklər, çiçəklənmə rəmzidir. Yuxuda əlində yanan məşəl görmək – yaxın günlərdə diqqət mərkəzində olacağınıza və öz planlarınızı həyata keçirmək imkanı əldə edəcəyinizə işarədir.Yuxuda əllərində yanan məşəl olan insanlar görmək – sarsıntı və daxili münaqişələrə işarədir.Yuxuda məşəli söndürmək o deməkdir ki, planlarınızın həyata keçməməyi sizi məyus edəcək. Yerə düşmüş məşəldən yaranan yanğın inqilaba işarədir.Yuxuda məşəllə yolunuzu işıqlandırmısınızsa – sizin müdrikliyiniz və həyat təcrübəniz ən çətin vəziyyətdə belə çıxış yolu tapmağa kömək edəcək. Yuxuda kitabın qarşısında dayanaraq əlinizdə məşəl tutmusunuzsa bu o deməkdir ki, öncədən görmələrinizin həqiqət olduğunun şahidi olacaqsınız.Yuxuda məşəl tutan əl görmək – həyatda yad təsirdən çıxmağa çalışırsınız və azad olmaq istəyirsiniz.



Əlində yanan məşəl tutmaq gələcəkdə ucalığa çatacağınıza işarədir. Sizin niyyətləriniz safdır, hərəkətləriniz ağıllı və düzgündür, bu isə o deməkdir ki, ali qüvvə sizə himayədarlıq edir, çünki Allah mərhəmətli və müdrik insanları sevir. Yuxuda məşəllə yolunu işıqlandırmaq ayıqlıqda qarşınıza qoyduğunuz məqsədə asan anil olmayacağınıza işarədir. Bütün məsələ orasındadır ki, taleyiniz öz əlinizdədir, ona görə də öz xoşbəxtliyinizi özünüz “qazanırsınız”. Təəssüf ki, həyatınızın dörddə birini doğru yolla getməyəcəksiniz, yanlış şirnikləndirici şeylərə və nalayiq fikirlərə təslim olacaqsınız. Lakin sonralar fikrinizdən daşınaraq doğru yola qayıdacaqsınız. Əlində məşəl tutan adamlar görmək həyatınızın çətin anlarında həmişə sizə kömək etməyə hazır olan çoxlu dostlarınızın olduğuna işarədir. Yuxuda məşəl yandırmaq xoş xəbər müjdəçisidir.Sizi ailədə artım və ya tanışınızın ailəsində varisin doğulması barədə sevindirici xəbər gözləyir. Yanan məşəlin qəfil sönməsi pis əlamətdir. O yaxın adamınızın qəflətən öləcəyinə işarədir. Məşəli söndürmək dəhşətli hadisələrə işarədir. Siz öz iradənizlə bir neçə adamın ölümünə bais olacaqsınız. Ehtiyatlı olun, çünki belə cinayəti bağışlamırlar. Yuxuda məşəlin köməyiılə yanğın törədirsinizsə, sizin qismətinizə nəsə böyük bir iş görmək yazılıb. İndi siz həyatınızın gündəlik qayğılarda keçdiyini fikirləşərək işləsəniz də, şöhrət, pul və hörmət haqda yalnız arzilayırsınız, lakin bu arzuların tezliklə həyata keçəcəyinə heç şübhə etmirsiniz.


Tarix: 02.03.2014 / 23:00 Müəllif: Ebulfez Baxılıb: 125 Bölmə: M hərfi
loading...