beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Mələklər görmək

Yuxuda mələklər görmək – sizi həyəcanlandıracaq və narahat edəcək təəssüratlara işarədir. Bu yuxu aqibətinizin, taleyinizin dəyişiləcəyindən xəbər verir. Əgər yuxu son dərəcə xoşdursa, onda siz dostlarınızın xoşbəxtliyi və ya naməlum qohumlarınızdan miras almaq xəbəri alacaqsınız.Yuxu sizin işlərinizə və ya səmimi münasibətlərinizə aid mümkün dedi-qodulardan xəbər verir. Yaxşı insanlar üçün mələklər haqqında yuxu təsəlli, pis insanlar üçün təəssüf və peşmançılığa işarədir.



Müasir insanın dinə güclü marağını nəzərə alsaq, mələklərin yuxularımızın əsas personajlarından birinə çevrilməsi heç də təəccüblü deyil. Mələk müjdəçi, elçi kimi tərcümə olunur, buna görə də bütün mələklər müəyyən müraciətnamələrin daşıyıcıları kimi rollarını icra edirlər.Lazım olarsa, adi klassik funksiyalarla yanaşı əlavə yardım da göstərə bilərlər. Əksər dinlər və fəlsəfi cərəyanlar öz nəzəri baxışlarında dünyəvi mələk obrazına yüksək yer verdiklərinə görə bu mövzu daha geniş izahatlar tələb edir. Məsələn, YUNQ öz dünyagörüşü sistemində bu mənəvi rəhbərlərə böyük yer ayırıb.Dini mələklərin rolu ənənəvi olaraq müjdəçi kimi təfsir edilir. Onlar konkret məqsədlə göndəriliblər və dialoq yaratmayaraq yalnız müəyən ilahi düşüncələri çatdırırlar.Dialoq deyil, vəhy – mövcud kontekstdə mələklərin missiyası məhz budur. 1970-ci illərin məşhur ədəbiyyatlarında mələklər dünyanı müdafiə təmsilçiləri kimi təqdim olunublar. Onlar avtomobil qəzalarının qarşısını alırlar, köhnə evləri təbii fəlakətlərdən qoruyurlar. Mələklər sanki arzuları həyata keçirən varlığa çevriliblər.Məsələn, “Flinstounlar ailəsi” cizgi filmində Fred Flinstounun bütün arzularını yerinə yetirən Kazuu personajını xatırlayın.Kazuu hər zaman çətin, təhlükəli məqamlarda Fredin qarşısına çıxır: onu təhlükəli vəziyyətlərdən xilas edir.Məhz belə yardımlar göstərən insanlar yuxularında mələk görürlər.Real həyatda da mələklərin köməyinə ehtiyac duyuruq. Bəzən elə hallar olur ki, yardım göstərən mənbə məlum olmur.Ən vacib problemlərinizi həll etmək üçün naməlum mənbələrə müraciət edirik.Həyatın hansı sahələrində çətinliklərə düşürsünüz və problemlərin həllinin sizin iradəniz xaricində olduğunu görürsünüz? Şəxsi mübarizə və mənəvi axtarışlarda emosional dəstəyin çatışmazlığından əziyyət çəkirsinizmi?


Tarix: 02.03.2014 / 22:56 Müəllif: Ebulfez Baxılıb: 173 Bölmə: M hərfi