Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Maska görmək

Yuxuda maskadasınızsa, bu o deməkdir ki, müvəqqəti çətinlikləriniz var. Sizin üçün qiymətli olan adama qarşı münasibətiniz və ona kömək etmək cəhdiniz onun tərəfindən düzgün başa düşülməyəcək. Lakin siz onun bu fikirlərini hörmətlə qarşılayacaqsınız və bu sizin xeyrinizə olacaq. Başqalarını maskada görmək o deməkdir ki, saxtalıq və paxıllıqla mübarizə aparacaqsınız. Yuxuda maskaya baxmaq o deməkdr ki, kimsə sizə qarşı düzgün olmayacaq və işləriniz korlanacaq. Gənc qadın yuxuda maskadadırsa, bu o deməkdir ki, ona dost kimi yanaşan adamı aldatmağa çalışır. Yuxuda qadın üzündən maskanı çıxarıbsa və ya başqalarının bunu etdiyini görürsə, bu o deməkdir ki, uğursuzluğa düçar olacaqsınız. Bu yuxu özünüzə qarşı tənqidi münasibətə malik olduğunuza işarədir.

Maskada olduğunuz yuxu ətrafdakılara necə görünmək istədiyinizə işarədir.Ola bilsin ki,ətrafdakıların sizi olduğunuz kimi deyil, başqa cür qəbul etdiklərindən narahat olursunuz. Yuxuda ola bilsin ki, maska özü peyda olur və sonra indi olduğunuz cəmiyyətdən asılı olaraq üzünüzdən yox olur. Həmçinin yuxuda başqaları sizi çaşqınlığa salmaq və yaxud da əyləndirmək üçün müxtəlif maskalar taxa bilərlər.


Tarix: 01.03.2014 / 00:36 Müəllif: Ebulfez Baxılıb: 200 Bölmə: M hərfi
loading...