beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Mirvari görmək

Yuxuda mirvari görmək yaxşı biznes, uğurlu ticarət və cəmiyyətdə uğura işarədir. Əgər cavan qadına yuxuda sevgilisi mirvari hədiyyə verirsə,o, xoşbəxt olacaq: onu xoşbəxtliyi məhv edən eqoist qısqanclıqdan uzaq, şən, etibarlı, sadiq ər gözləyir. Əgər qadın mirvarisini itirirsə və yerə dağıdırsa, o, kədər və iztirablara düçar olacaq. Gənc qadın yuxuda mirvariyə valeh olub ondan zövq alırsa, bu o deməkdir ki, təmiz sevgi onun ürəyini dolduracaq və o, sevgilisinin ürəyini fəth etmək üçün əlindən gələni edəcək.

Yuxuda mirvari azqiymətli daş kimi qiymətləndirilir.Yuxuda ayrı-ayrı mirvarilər adətən şəxsi açıqlamalarla bağlı olur. Yuxuda mirvari görən insanların əksəriyyəti mirvariyə daş-qaş, xəzinə kimi baxırlar. Mirvarilər adətən bahalı hədiyyə kimi qəbul olunur və klassik, müasirlikdən uzaq bir daş kimi təsəvvür yaradır. Ola bilsin ki, bu köhnə pulların təsviri, köhnə ilə yeni arasında zidddiyətdir. Mirvarilər yuxunuza necə girib? Mirvari sadəcə qiymətli daş-qaş olub və yaxud emosinal mənası olub? Siz mirvariyə dünyanın hədiyyəsi, digər bir şəxsin qiymətli hədiyyəsi kimi baxmısınız? Bəxşişin verilməsində kim iştirak edib? Bu hadisə real həyatınızla səsləşib yoxsa onunla dissonans təşkil edib?

Yuxuda mirvaridən bəzək əşyası görmək – belə yuxu Yerdə qeyri-adi gözəlliyin yaranması və bu gözəlliyin şahidlərinin adi həyatına təsir göstərərək dəyişəcəyinə işarədir. Qovuğu açmaq və onun içərisində mirvari görmək bir çox insanların psixikasına təsir edən gözlənilməz hadisələrə işarədir.Yuxuda qara mirvari görmək pis əlamətdir. Qara qüvvələrə işarədir.Ən qorxulusu ondadır ki, əsəb sistemi zəif olan insanlar pisliyə, mənfi qüvvələrə tabe olaraq ona xidmət etməyə başlayacaqlar. Yuxuda nadir mirvari almısınızsa, bu o deməkdir ki, sizdə böyük potensial gizlənib və bu gözlənilməz dəyişikliklər zamanı aşkara çıxacaq.


Tarix: 01.03.2014 / 00:44 Müəllif: Ebulfez Baxılıb: 191 Bölmə: M hərfi