beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Meşə görmək

Meşə sözünü eşidəndə ağlımıza müxtəlif ifadələr gəlir: böyük, əzəmətli, müqəddəs, qorxulu, təhlükəli və fallik. Meşə məmnunluq, sərbəstlik və qorxu hisslərinə işarədir.Bu yuxuyozma üçün əsas anlardır. Əgər yuxuda baş verən hadisələrin hamısı meşədə cərəyan edibsə, buna adi- sakit və xeyirli (və ya əksinə) – qəmli hadisələr əlaməti kimi hesab etmək olar.Belə yuxular yuxunu görən adamın öz əhatəsini reallıqda necə qəbul etməsini göstərir.Yuxuda qabiliyyət, güc və müdriklik axtarışında meşəyə tək yollanmısınızsa, meşə bu cür vəziyyətdə təlim və axtarış xarakteri daşıyır.Meşəyə gizlənmək üçün gəlmisinizsə, ola bilsin ki, bu biznesin yorucu təsirindən və texnoloji inqilabdan getmək cəhdidir. Görünür sizin üçün sakitlik və mənəvi rahatlıq hiss etmək vacibdir. Cütlüklərin meşədə gəzintisini yuxuda görmək – buna Freydin psixoanaliz mövqeyindən baxmaq lazımdır.Real həyatda meşə ilk növbədə sizdə hansı təəssüratlar oyadır? Sakitlik və rahatlıq, məhdudiyyətsiz seçim və ya səmimilik? Həyat sizə o qədər təzyiq göstərir ki, sizin meşə massivində ayrı-ayrı ağaclara baxmağa da imkanınız yoxdur?


Tarix: 01.03.2014 / 00:40 Müəllif: Ebulfez Baxılıb: 2022 Bölmə: M hərfi