beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göy məscid (İrəvan)

Göy məscid, (Ermənicə: Կապույտ Մզկիթ, Kapuyt Mzkit və Գյոյ Մզկիթ, Gyoy Mzkit; Farsca: مسجد کبود, Məscid-i Kabud) — Ermənistanın paytaxtı İrəvanda yerli müsəlmanların dua etdikləri məsciddir. 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci cahan müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilmişdir. [1]

Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılmışdır. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azəri din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən.

1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. İngilis tədqiqtçısı Tom de Vaal yazır:

Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki, XX-ci əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar. Onunla belə onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər...Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi.


Tarix: 24.02.2013 / 18:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Məscidlər