beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qraf Drakula

Dakula, yoxsa rumın Vlad?

Rumın ağası, Valaxiyanın hökmdarı III Vlad, 1431-ci ildə anadan olub.Vladın atası II Vlad 1436-cı ildə hakimiyyətə keçir.Ancaq sonradan macar kralının dəstəyini itrən II Vlad Osmanlılardan vassallıq öhtəliyini götürərək, iki oğlunu- Vlad və Radunu girov kimi sultan saryına göndərdi.1447-ci ildə Vlad macar krallığının əmri ilə öldürüldü.1448-ci ildə 17 yaşlı Vlad əsirlikdən xilas olaraq atasının taxt-tacını geri qaytarmağa cəhd etdi.O, türklərə yenidən Valarxiyanın vassal olacağı vədini verdikdən sonra hücuma keçdi və III Vlad adı ilə hakimiyyətə gəldi.Tezliklə Macarlar ilə Osmanlı Türkiyəsi arasında müharibə başladı.

Vladın sərkərdəlik bacarığına türklər belə heyran qalmışdı.Türklərlə döyüşdə Valaş ağası məğlub olaraq, macar kralının sarayına qaçdı.1462-ci ildə Valaxiyataxtına Vladın kiçik qardaşı-Göyçək Radu çıxarıldı.Vladı isə türklərlə əlbir olmaqda günahlandırıb, zindana atdılar.10 il həbsdə qalan Vlad Roma papasına müraciət edib katolik dinini qəbul etməyə razı olandan sonra azadlığa buraxıldı.1475-ci ildə kralın qohumlarından biri ilə evlənərək yenidən Xünyadi sülaləsinin dəstəyini qazanan Vlad üçüncü dəfə, bu dəfə əbədi hakimiyyət ümidi ilə qardaşını devirdi.Ancaq 1 il sonra döyüşlərin birində naməlum şəkildə öldürüldü.Onun kəsilmiş başını elə öz silahdaşları sultana mükafat əvəzi göndərdilər və kəllə düz bir neçə ay İstanbulda ümumxalq baxışında saxlanıldı.Əslində, Vlad bir sərkərdə və kiçik bir dövlətin qısamüddətli rəhbəri kimi çoxdan tarixin yaddaşından silinib getməliydi.Bəs onu əbədiləşdirən, bədii əsər və kinofilmlərin qəhrəmanına çevirən nədir? Necə oldu ki, o,"Vampirlərin atası Drakula" titilunu qazandı?



Sadist-manyak

Vlad III Çepeş məkr və qəddarlığın tüğyan etdiyi qaranlıq Renesans dövründə doğulub.Deyilənə görə, 13 yaşında sultan qəsrində əsir olarkən o, türklərin edam meydanını müşahidə edirdi.O vaxt şərqdə payayakeçirtmə edamı dəbdə idi. Vlad bu edama o qədər "vurulmuşdu" ki, Sonradan payayakeçirtmə üzrə dünya rekordu vuraraq, Tepeş və ya Çepeş-yəni macar dilində "PAYAYAOTURDAN" ləqəbini qazandı.Əgər əsəbləriniz möhkəmdirsə, payayakeçirtmə edam növünü qısacaaçıqlayaq ki, qrafın vəhşiliyini, orta əsrlərdəki qəddar mənzərəni daha dolğun təsəvvür edə biləsiniz..Paya-ağac və ya taxtadan yonulmuş,ucu biz, müxtəlif həndəsi fiqurlu edam ağacıdır.Paya insana öndən,arxadan və ya ağızdan keçirilir, sonra o torpağa sancılır.Dik dayanmış paya getdikcə insan bədəninin dərinliyinə nüfuz edərək, onu daxilən parçalayır və sonra hansısa nahiyyədən çıxır.Bu edam bəşəriyyətin ən vəhşi, ən amansız edamı hesab olunur.Payaya oturdulmuş insan 10 saatdan 2 gün müddətinə kimi can verirdi...

Vlad nəinki düşmənlərini, hətta öz müttəfiqlərini, rəiyyətini və yaxın ətrafını da bu edama məhkum edirdi.

-Bir dəfə səbəbsiz-filansız öz ərazisində olan şəhərlərdən birinə hücum edərək 10 000 günahsız insanı vəhşicəsinə öldürdü, Yarıdan çoxunu isə şəhər ətrafına düzülmüş payalara keçirtdi.

-Həttə məhbəsdə olanda da Vlad öz hobbisinə sadiq qalmışdı.O,zindanda siçan və quşları tutur, ya da gözətçilərdən satın alıb,başını əlləri ilə üzür, balaca payalara keçirir və saatlarla yazıq heyvanların can verməsinə tamaşa edirdi.

-Növbəti dəfə qəbuluna gələn türk elçiləri papaqlarını onun hüzurunda çıxartmadılar.Vlad əmr etdi ki, papaqlar onların başına mıxlansın ki, bir də çıxartmağa ehtiyac olmasın.

-Vladın qəsri yanında "İşgəncələr bağı" salınmışdı.Təsəvvür edin, bu bağda ağac, kol, gül yerinə müxtəlif növ, üstündə insan cəsədi ilə dolu payalar əkilmişdi.Axan qan, iniltili bağırtı Vladı narahat etmirdi, əksinə zövq verirdi.Belə olmasaydı o, bağda masa qoydurub nahar etməz, Şərabdan içə-içə tükürpərdici səhnəni seyr etməzdi.Edam mərasimi vaxtı o saray əhlindən bir nəfərin qandan ürəyinin bulandığını görür və əmr edir ki, həmin insanı ən uca payaya keçirtsinlər ki, qandan ürəyi bulanmasın.

-Əgər qadın ərindən şikayət edirdisə, "payaya" əmri verilirdi.Kişi qadını xəyanətdə günahlandırırdısa-"payaya"...Hətta hamilə qadınlara da aman yox idi.Bir parça çörək oğrusunu da "payaya"...Bir-biri ilə miras üstə dava edən iki qardaşın ikisi də "payaya"...Camaat artıq şikayət etməyə də qorxurdu.Beləcə Valaxiyada hamı hər şeydən razı idi.

-Günlərin birində taxta yenicə oturmuş Vlad paytxtın bütün səfil, yoxsul və dilənçilərini qəsrə ziyafətə dəvət edir.Sevincək olmuş kasıblar doyunca yeyib-içirlər. Sonra Vlad onlara müraciət edir:İstəyirsinizmi bir də aclıq nə olduğunu bilməyəsiniz? İstəyirsinizmi, əbədi qalacağınız eviniz olsun? İstəyirsinizmi, bir də heç kəsin qarşısında əl açmayasınız və bütün qəm-kədəriniz yox olsun? Hamı bir ağızdan "əlbəttə"-deyə qışqırır.Vlad bığaltı gülümsəyir...Elə həmin saat əsgərlər məclisə girib, yüzlərlə insanın əl-qolunu bağlayır və...onların hamısı payaya keçirdilir.Vlad özünə haqq qazandırdı:mən rəiyyətimin arzusunu həyata keçirməyə borcluyam.

Bəs Vlad adını ikinci plana keçirən Drakula ləqəbi hardan yaranıb?Bu adı ona kim, nə üçün verib?

Rumın dilində İblis "Drakul" adlanır, Drakula isə "İblisin oğlu" deməkdir.Tarixçilər bildirir ki, burda vampirizmdən söhbət gedə bilməz.Əslində Drakul ləqəbi Vladın atasına məxsus idi.O, kral tərəfindən yaradılmış elitar "Əjdaha Ordeninin" üzvü idi.Ağa olandan sonra II Vlad orden cəngavərliyinə sədaqət rəmzi olaraq, əskinasların üstünə əjdaha şəkli vurdurdu.Bununla da o Valaxiyada və türklərin dilində "Drakul" kimi qaldı.Rumın dilində Drakul həm də əjdaha deməkdir. Vladın Drakula ləqəbinin çox sadə izahı var:"Əjdaha ləqəbli adamın oğlu"



Drakulanın qəribə ölümü

Görünür, Vladın qəddarlığı və qarşısıalınmaz özbaşınalığı nəinki düşmənlərini, hətta həmvətənlərini də bezdirmişdi. 45 yaşlı Vladı öz əsgərləri türkə bənzədib, mühasirəyə almış, nizə və ucu şiş payaları sinəsinə sancaraq öldürmüş, dərhal da başını kəsmişdilər.Güya ki, sonradan öldürdüklərinin öz başçıları olduğunu görüb peşman da olublar.Amma iş-işdən keçdiyinə görə nəfslərinə uyaraq sultanın vəd etdiyi bəxşişi almaq üçün, Vladın başını saraya göndəriblər.İnandırıcı görünmür,deyilmi? Vladın türk əsgəriylə səhv salınması absurddur.Onun görünüşü, boyu, fərqli geyimi bütün Avropada məşhur idi, onu tanımamaq, sadəcə, mümkün deyildi.Hələ üstəlik, Vlad ona hücum edənlərə müqavimət göstərib, 5 nəfəri qılınclayıb, amma bir dəfə də olsun ağzını açıb, macara "mən sizin ağanızam" deyə bilməyib? Və ən nəhayət, nəyə görə onu qılınc, nizə ilə öldürməkdən doymayıb, sinəsinə paya sancıblar və canı çıxmamış başını kəsiblər?(yeri gəlmişkən vampirləri də məhz ağac,paya ilə öldürmək mümkündür)Deməli, onu öldürənlər, vampirə hücum etdiklərini bilib, hazırlıq görmüşdülər. Vladın başsız bədənini basdırmağa isə ya heç kim cürət etməyib, ya da lazım bilməyib.Boyarlar meyidi bir neçə hissəyə bölüb, meşəkənarı talada səpələmişdilər. Sonradan Snaqov pravoslav monastrının monarxları mərhumun qalıqlarını yığıb, onu monastırın yaxınlığında dəfn etməklə Allah qarşısında vəzifələrini yerinə yetirmiş oldular.



Drakulanın qəsri-900 yaşlı Bren

Rumınıyaya, Transsilvaniyaya gələnlər Qraf Drakulanın "XOŞ GƏLMİSİNİZ MƏNİM ÖLKƏMƏ" sözünü xatırlayıb, dərhal möhtəşəm qəsri görməyə tələsir.Karpat dağları, qədim monastırlar, yamaca qalxan, ilan kimi qıvrılan yollar, sıx meşələr-hər addımda sanki Qraf Drakulanın nəfəsini hiss edirsən. Əslində, Qraf bu qəsrdə doğulmayıb, heç yaşamayıb da. Bren, Qrafın döyüş yürüşləri, ov zamanı gecələdiyi və müvəqqəti olaraq qaldığı strateji bir yer olub.Amma qrafın əsl sarayı türklər tərəfindən dağıdıldığından rumınlar Breni "Drakulanın evi" elan edərək, hər il bura axışan turistlərin sayəsində milyonlarla pul qazanırlar. Hazırda burada orta əsrlər Tarix Muzeyi yerləşir.Zirzəmidəki iki qapının qıfılı isə heç vaxt açılmır.


Tarix: 30.11.2014 / 19:53 Müəllif: Aziza Baxılıb: 332 Bölmə: Müxtəlif