beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Martin İden (roman)

ing. Martin Eden'
Müəllif:Cek London
Janr:Dram
Orijinalın dili:İngilis dili
Nəşriyyat:"Qanun" nəşriyyatı
Nəşr:2012
Səhifə:464
Növ:kitab

"Martin İden" - Cek London tərəfindən dram janrında yazılmış roman.

İlk dəfə 1908 və 1909-cu illərdə jurnalda çap edildi [1], daha sonra isə elə 1909-cu ildə də tək bir kitab halında çap edildi[2].

Məzmun

Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdü.

Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.

Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.


Tarix: 15.03.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Kitablar elm