beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmşəddil sultanlığı (kitab)

Şəmşəddil sultanlığı — Ənvər Çingizoğlunun Azərbaycanın bir bölgəsi olan Şəmşəddil mahalının tarixi haqqında yazdığı kitab.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Mahal Qacar, rəyçilər tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktorları Nərminə Məmmədova, Gültəkin Nəcəfli, Bəhram Məmmədli, məsləhətçi pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Əlihüseynlidir.

Kitab Şəmşəddil sultanlığının və Zülqədər elinin tarixindən bəhs edir. XVIII əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranan Şəmşəddil sultanlığı zaman-zaman Kartli çarlığına, Gəncə xanlığına tabe olsa da, müstəqilliyini saxlamağa çalışıb. Kitabda müxtəlif illərdə çap olunmuş qaynaqlardan və arxiv materiallarından - XIX əsrin ikinci yarısında A. Berjenin redaktorluğu ilə Qafqaz Arxeoqrafiya komissiyasının topladığı 12 cilddən ibarət sənədlər toplusu (VIII cild), rus müəlliflərindən V.N.Leviatovun “XVIII əsrdə Azərbaycan tarixindən xülasələr” və s. əsərlərdən istifadə olunub.

Nəticə olaraq göstərilir ki, Şəmşəddil sultanlığı, Azərbaycanın digər xanlıqları kimi, mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində meydana gəlib. Feodal ara çəkişmələri, siyasi idarəetmənin zəifləməsi nəticəsində çar Rusiyasına tabe olmaq məcburiyyətində qalıb.


Tarix: 15.03.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Kitablar elm