beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yolagəlməz qadın (kitab)

"Yolagəlməz qadın" - Uilyam Somerset Moemin Akif Abbasov tərəfindən ingilis dilindən tərcümə edilmiş povesti. Tərcümənin redaktoru filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir.

Məzmun

İkinci Dünya müharibəsi illərində alman ordusunun Fransanı işğal etməsi nəticəsində xalq ağır vəziyyətə düşür. Almanlar özlərini bu ölkənin sahibi kimi aparırlar. Hans yolu azaraq bir fransız kəndlisinin evinə gəlib çıxır. O, Annetə qarşı zorakılıq edir. Sonralar üzr istəyib bu ailə ilə, Annetlə qarşılıqlı münasibətləri bərpa etməyə çalışır, hətta qızla evlənmək istəyir.

Annetə görə, Hans alman əsgəridir, almanlar isə onun doğma vətənini zəbt etmişlər. Hans düşməndir, düşmən olaraq da qalır. Bütün bunları oğlana deyir və ona nifrət etdiyini bildirir. Əsər faciəvi sonluqla bitir.


Tarix: 15.03.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Kitablar elm