beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xosrov bəy Sultanov (kitab)

Xosrov bəy Sultanov—Ənvər Çingizoğlunun bu kitabı Qarabağ quberniyasının general-qubernatoru haqqındadır.

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu günlərdə çapdan çıxan yeni tarixi-bioqrafik kitabı tanınmış dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ bölgəsinin general-qubernatoru olmuş Xosrov bəy Sultanova həsr olunub. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru Fəxrəddin Şahsuvarov, rəyçiləri tarix elmləri doktoru Əli Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktorları Gültəkin Nəcəfli, Bəhram Məmmədli, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadədir.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Xarici İşlər Nazirliyinin sənədləri, Fövqəladə İstintaq Komissiyasının materialları və s. mənbələrdən istifadə olunmaqla qələmə alınan kitabda Qarabağ general-qubernatorluğunun fəaliyyəti təfərrüatı ilə təsvir edilib, xüsusilə Xosrov bəy Sultanovun erməni separatçılarının Azərbaycan hökumətinə tabe etdirilməsində tutduğu qəti mövqe və başqa məsələlər əksini tapıb. “Mütərcim” nəşriyyatında çapdan çıxan kitab həyatını xalqının azadlığına, səadətinə həsr edən tanınmış ictimai-siyasi xadim, görkəmli sərkərdənin mənalı həyatına işıq tutur.


Tarix: 15.03.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Kitablar elm