beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu divarın daşları (kitab)

"Sonuncu divarın daşları" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır.

Məzmun

Bir millətin ürəyinin tən ortasından parçalanaraq müxtəlif cəmiyyət quruluşlu dövlətlərin tərkibində yaşamaq sitəmi azərbaycanlılara çox tanışdır. İki yüz ildən artıqdır ki, siyasi oyunların qurbanı olmuş azərbaycanlılar sonu qətiyyən görünməyən bu zülmü çəkirlər. Almanlar bu səddi aşıb birləşdilər. Fəqət ölkələr süquta uğrayan tarixi məqamlarda ayrı-ayrı insanların ömür faciəsinə kim məhəl qoyar ki?! Almaniya Demokratik Respublikası adlı bir dövlət dünya siyasi xəritəsindən silinsə də, kəşfiyyatının casusları hələ sağdır və bir neçə superdövlət onların müqabilində ağlasığmaz məzənnə ödəməyə hazırdır. Satqınlıq, sabiq yoldaşların qətlləri bahasına bu casusların siyahısı satlığa qoyulub. Dünya şöhrətli Dronqo yüzlərlə insanın həyatı və dövlətlərin mənafeyi ilə oynayan xaini qısa müddət ərzində aşkara çıxarmalıdır.


Tarix: 14.03.2013 / 21:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Kitablar elm