beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Samsundan başlanan yol (kitab)

"Samsundan başlanan yol" - Akif Abbasov tərəfindən yazılmış "Samsundan başlanan yol" romanı və "Atatürk" pyesinin nəşr olunduğu kitab. Kitabın redaktoru professor Ənvər Əhməddir.Mündəricat
1 Məzmun
2 Kitabın təqdimatı
3 İstinadlar
4 Həmçinin bax


Məzmun

Kitaba "Samsundan başlanan yol" romanı və "Atatürk" pyesi daxil edilmişdir. İstər romanda, istərsə də pyesdə heyrətamiz şəxsiyyət və sərkərdə, qibtədoğuracaq siyasət və dövlət xadimi, türk dünyasının fəxri və milli iftixarı, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal paşa Atatürkün həyat və fəaliyyətindən, onun başçılığı altında aparılan milli azadıq hərəkatından, müstəqil və azad Türkiyə uğrunda xarici və daxili düşmənlərə qarşı mübarizəsindən və müharibəsindən söz açılır. Müəllifin hər iki bədii yaradıcılıq məhsulunda milli ordu quruculuğu məsələləri, I və II İnönü döyüşləri, Sakarya Meydan müharibəsi, Böyük Türk hücumu, İzmirin yunanlardan azad olunması və s. bu kimi məsələlər parlaq boyalarla təsvir olunmuşdur.

Romanda, eyni zamanda Atatürkün uşaqlıq illəri, uşaqların və mənəvi övladlarının əhatəsində yaşanan sevincli anları işıqlandırılmışdır.

Kitab yeniyetmə və gənclər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın təqdimatı

Akif Abbasovun "Samsundan başlanan yol" kitabının təqdimat mərasimi 23 may 2011-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzində keçirilmişdir. Təqdimat mərasimində Türkiyənin Azərbaycan Respublikasındakı səfiri cənab Hulusi Kılıç, kitabın müəllifi, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış etmişlər


Tarix: 14.03.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Kitablar elm