beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Miras: Bakının sirri (kitab)

Miras: Bakının sirri kitabı Çingiz Mehbaliyev tərəfindən intellektual detektiv janrında yazılmış romandır və 2012-ci ildə Bakıda, Azərbaycan dilində “Elm və təhsil” nəşriyyatında çap olunub.[1] Bakıdakı əksər kitab mağazalarında[2] və Amazon-da satılan[3] kitab ilk gündən oxucular tərəfindən maraqla qarşılanıb.[4]Mündəricat
1 Kitabın yazılma məqsədi
2 Müəllif hüquqları
3 Məzmunu
4 Janrı
5 Oxucu fikirləri
5.1 Bloqçuların fikirləri
5.1.1 İbrahim Niftiyev
5.1.2 Günel Mehrəliyeva
5.1.3 Qələndər Məmmədli
5.1.4 Nilufər Elçinqızı
5.1.5 Arzu Quluzadə
5.1.6 Arzu Fariz
5.2 Ziyalıların fikirləri
5.3 Onlayn kitab saytlarında
6 Oxucularla görüşlər
7 Novator xüsusiyyətləri
8 Mətbuatda kitab haqqında
9 Xarici keçidlər
10 İstinadlar


Kitabın yazılma məqsədi

Müəllif öz kitabi ilə Qız qalasının və Bakının tarixinin timsalında əşyalara və hadisələrə fərqli münasibəti nəzərə çarpdırmaq istəyir. Müəllif yazdıqlarına əsasən insanlar eşidəndə ki, kimlərinsə Bakıya marağı var, o dəqiqə düşünürlər ki, yəqin neftə görə maraq göstərirlər. Halbuki, Səfəvi hökmdarı I Şah İsmayıl Bakını fəth edəndə və yaxud Rus çarı I Pyotr Bakıya hücum edib onu tutanda və işğalı bayram edərkən Peterburqda yaylım atəşi açdıranda Bakı nefti indiki qədər əhəmiyyətli deyildi və sənayə məqsədi daşımırdı. Kitaba mövcud hadisələrə başqa yöndən baxmaq və başqa cür dəyərləndirmək nümunəsi kimi də baxılır.

Müəllif kitabın yazılmasına 3 ilə yaxın vaxt sərf edib.

Müəllif hüquqları

"Miras: Bakının sirri" kitabının Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçməsini və müəlliflik hüququnu təsdiq edən şəhadətnamə

Kitab Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilmiş və müvafiq şəhadətnamə almışdır.[5]

Məzmunu

Kitabdakı hadisələrin özünəməxsus axın xəttini sezmək olar. Belə ki, kitabda təsvir olunanlara əsasən artıq yüz illərdi ki, bütün dünya iki yerə bölünmüşdür: Bakının sirrini ələ keçirmək istəyənlərə və bu sirri qoruyub saxlamaq istəyənlərə. Sadə insanlar isə bu mübarizənin Bakı nefti uğrunda getdiyini düşünməkdədirlər.[6] Müəllif Bakı neftini unutmağı təklif efir. Kitabın qəhrəmanının fikrincə Bakı nefti sade insanların fikrini yayındırmaqdan başqa bir işə yaramır. Bakının başına gələn macəraların əsl səbəbi başqa imiş.[7]

Müəllifə görə sən demə, indiyə qədər əksər adamların nəzərindən yayınan bəzi məlumatlar sanki müəmmalı kodu və gələcək nəsillər üçün gizlədilmiş şifrəni özündə əks etdirirmiş və Bakının hamının bildiyi aşkar tarixindən başqa "məxfi tarixi" də varmış. Çingiz Mehbaliyev bu kitab vasitəsilə "məxfi tarix"i oxuculara çatdırmağa çalışır.

Kitabda yazılanlara əsasən Qız Qalasını tikən müdrik babalarımız bizə hansısa məlumatları ötürmək istəyiblər. Kitabın baş qəhrəman bütün bunları öyrənmək üçün şifrələnmiş mətndəki gizli mənaları yaşı 2000 ildən çox olan şifrələrlə açamağa cəhd edir. Oxucu bütün kitab boyu şifrələnmiş mətnlərdə və "məxfi tarixi" də nələrin yazılmasının intizarında qalır.

Oxuduqca şahidi oluruq ki, kitab Kamalın tarixi abidələr üzrə ekspertin mühazirəsində iştirakı ilə başlayır və bununla da baş qəhrəman əvvəlcədən proqnozlaşdırıla bilməyən hadisələrin axarına düşmüş olur. Oxucu da baş qəhrəmanla birgə hadisələrin axarına düşərək Qız Qalasına gələn yeraltı yolun haradan başladığının və Kamalın o yolu necə tapdığının şahidi olur.[8] Əsas qəhrəmanın düşdüyü çətin vəziyyətlərdən öz biliyi və məntiqi mühakiməsi ilə çıxış yolu tapması, elmi mənbələrə və tarixi faktlara istinad etməsi əsərə intellektual detektiv xarakteri vermişdir. Kitabla tanış olan bir çox tənqidçilər və oxucular bu səbəbdən də "Miras: Bakının sirri" kitabını Azərbaycanda yazılan ilk milli intellektual detektiv hesab etməyə başlamışlar, onların fikirlərinə görə bu kitabla Azərbaycan ədəbiyyatında yeni ədəbi janrın əsası qoyulmaqdadır.

Janrı

Kitabda 37-dən artıq tarixi şəxsin adı çəkilir və 22-dən artıq real mənbəyə istinad olunur. Əsas qəhrəmanın düşdüyü çətin vəziyyətlərdən öz biliyi və məntiqi mühakiməsi ilə çıxış yolu tapması, elmi mənbələrə və tarixi faktlara istinad etməsi əsərə intellektual detektiv xarakteri verəcək. Bu səbəbdən də kitab Azərbaycanda yazılan ilk milli intellektual detektiv hesab edilə bilər.[9] Lakin müəllif qeyd edir ki, Kitabda göstərilən obrazlar və təşkilatlar,haqqında danışılan qurumlar,hadisələrin təsviri,Bakının "sirr"i barədə yazılanlar yazıçı təxəyyülünün məhsuludur,üst-üstə düşən adlar və hadisələr tamamilə təsadüfdür.

Bloqçuların fikirləri

İbrahim Niftiyev

Oxucu və bloqqer İbrahim Niftiyev kitabın xüsusi, milli və maceravi aurasına görə çox bəyəndiyini yazır.[11] Onun fikrincə Azərbaycan oxucusu xüsusiylə xarici ədəbiyyatlarda intelektual dedektiv romanları oxuyublar. Buna görə də o əsərlərdə təsvir olunan hadisələri, yerləri xəyalında canlandırmaq çətin olub. Məsələn Dan Braun buna misal ola bilər. Məhz buna görə də kitabın ilk intelektual dedektiv olması xüsusi vurğulanmalıdır. Kitabı tənqid edən İ. Niftiyevin yazdıqlarına görə tamamilə yerli məkanların və baş qəhrəman olaraq milli insanların olması əladır. O, həm də qeyd edir ki, kitabı oxuyanlardan əldə etdiyi məlumata görə, kitabın ilk səhifələrində verilən məlumatlar bəzi oxuculara o dərəcədə təsir edib ki, onlar bu məlumatları özləri şəxsən araşdırmağa başlayıblar. Bu da kitabın oxucuların diqqətini maksimum dərəcədə cəlb etdiyini və onların nə dərəcədə həvəslə oxuduğunu göstərir. İ. Niftiyev bu kitabı intelektual dedektiv janrı, tarix, ümumi dünya görüşünü artırmaqla mararlananlara, vaxtını maraqlı keçirib zövq almaq istəyənlərə məsləhət görür. Eyni zamanda İ. Niftiyev öz bloqunda kitabın promo videosunu da yerləşdirmişdir.[12]

Günel Mehrəliyeva

Oxucu Mehrəliyeva Günel isə öz fikirlərini “kitab adam yemir” bloqunda yazmışdır.[13] Onun fikrincə bu kitabı oxuduqca yaşadığım şəhəri qiyabi olaraq tarixi baxışla gəzib. Şəhərin vacib və göstərişli yerlərini tarixi faktlarla və dəyərli məlumatlarını öyrənib. O, etiraf edir ki, Şirvanşahlar sarayına həmişə tarixi abidəni seyr etmək və qədimiliyi duymaq üçün gedirdisə bundan sonra getdəndə araşdırmacı gözü ilə gəzəcək və nəzərdən keçirəcək. Eyni zamanda kitabda Qız Qalası haqda da çox geniş elmi məlumatların verildiyini də qeyd edir. G. Mehrəliyeva yazır ki, bu kitab bizə həm də olanı sadəcə görməmək və deyiləndən daha çox öyrənmək lazım olduğunu çatdırmaq istəyir. O, eyni zamanda kitabda qeyd edilən digər maraqlı məsələlərə diqqət çəkir. Məsələn, onun bloqda yazdıqlarına əsasən dərin düşünmək, fikri eyni anda bir neçə işə cəmləmək və yazı yazmaqla əldə edə biləcəyimiz gözəl xüsusiyyətlər kitabda yer alıb. Kitabın daxili dizayn və tərtibatına toxunan G. Mehrəliyeva qeyd edir ki, kitabda hər izaha uyğun şəkillərin verilməsi onu daha öyrədici edir.

Qələndər Məmmədli

Oxuduğu kitablar haqqında mütəmadi yazılar yazan gənc bloqqer Qələndər Məmmədlinin öz bloqunda[14] “Miras: Bakının sirri” kitabı barədə yazmışdır ki, Qız Qalası, Şirvanşahlar, Bakının bilinməyənləri haqqında kitabda verilən məlumatlar insanın bu vaxtda qədər abidələri gəzərkən nə qədər şeyi görmədiyini başa düşüb. Və kim bilir bəlkə də nə qədər şeyi də görmürük… Onun fikrinə görə kitabın üslubu və tərzi Azərbaycanda dedektiv yazı üslubuna da təsir edəcək bir üslubdur. O, yazıçı öz işinə məsuliyyətlə yanaşdığını vurğulayır. Sadəcə tarixi abidələr və Bakı haqqında deyil, dünya haqqında biliklər, siyasi biliklər, rəssamlar üçün biliklər, bir sözlə hərşeyi əhatə edən bir kitabdır. Q. Məmmədli öz bloqunda yazır ki, kitabın daha bir xüsusiyyəti də geniş və əhatəli araşdırma tələb etməsidir. Gənc bloqqer bildirir ki, kitab oxuculara çox şey öyrədir. Eyni zamanda yazıçının geniş söz ehtiyatına sahib olması da bloqqerin diqqətini çəkmişdir. Q. Məmmədli kitabda məişət danışıqlarından mahir istifadə edilməsini və tipik Azərbaycan insanını canlandırılmasını xoş bir hadisə kimi önə çəkir. Bloqqer sonda qeyd edir ki, yazıçı sükanı belə saxlasa, ilk kitabdakı uğurunu davam etdirsə Çingiz Mehbalıyev yerli Den Braun ola bilər. Bloqçu bu kitaba və müəllifə olan marağı nəzərə alaraq Çingiz Mehbaliyevlə müsahibəni də bloqunda yerləşdirmişdir.[15]

Nilufər Elçinqızı

Nilufər Elçinqızının öz şəxsi saytında “Miras: Bakının sirri” kitabı barədə düşüncələrini paylaşmışdır.[16] Nilufər yazısında etiraf edir ki, universitetə qəbulda tarixdən sıfra düşmüş, 2 kursda tarixdən kəsrə qalmış bir şəxs olaraq hər səhifəsində tarixə aid qeyd olan bu kitabı 2 günə oxuyub qurtarmışdır. Bloqçu oxucularını əmin edir ki, yazıçının təxəyyülünün məhsulu olan bu kitabla həm dil sadəliyinə, həm də inandırıcılığına görə fərqli bir şey oxumaq mümkündür. O, müəllifi Azərbaycansayağı Den Braun adlandırmışdır. Yazıçının Bakını ona yenidən tanıtmasını da bloqqer öz yazısında xüsusi qeyd edib. Nilufərin fikrincə kitabı oxuduqdan sonra hər dəfəsində gəzdiyi ünvanlarda fikir vermədiyi bir çox gizli izlər tapıb. O, kitabın hər səhifəsində yeni məlumat almaqla yanaşı, oxumuş olduğu kitablar, qəzet və jurnaldakı yazıları yenidən, amma bu dəfə fərqli tərzdə analiz etməli olduğunu yazır. Bu da kitabın nə dərəcə təsirli olmağının göstəricisidir. Bloqqer sonda kitabın üz qabığına diqqət çəkərək yazır ki, “…Biliklər bizə səpinti halında verilir. Əgər o bilikləri düzgün şəkildə sistemləşdirsək, onda dünyanın əsl mənzərəsini almış olarıq. Mən sənə dünyanın əsl mənzərəsini göstərəcəm.”- kitabın üz qabığında verilmiş bu fikirlə yazıçının nə demək istədiyini yalnız kitabı sona kimi oxuyanda anlamaq olur.

Arzu Quluzadə

Qızıl bölgüyə əsaslanan düz xətt

Bloqqer Arzu Quluzadənin öz bloqunda “Miras: Bakının sirri” kitabı barədə yazmışdır[17] ki, müəllif kitabı hazırlayarkən 22-dən artıq real-elmi mənbəyə istinad edib və kitabda 37-dən çox tarixi şəxsiyyətin adı keçir. O, yazısında qeyd edir ki, “qızıl bölgü”, Arximed spiralı, Mövlanə Cəlaləddin Ruminin, Şəms Təbrizinin həyatı, Sezar şifrəsi, Qız Qalası və Şirvanşahların dəfələrlə nəzərimizdən qaçan sirləri, Azərbaycanın qədim tarixi, Bakıda baş verən gizli terrorlar və Qız Qalasındakı intiharlar haqqında ətraflı məlumat verilmişdi. Bütün bunlar gənc bloqqer Arzu Quluzadənin kitabı bir nəfəsə oxumağına səbəb olan arqumentlər olmuşdur. Bloqqerin fikrincə bu kitabı oxuyub bitirən elə insan ola bilməz ki, kitabdan yeni bir məlumat öyrənməsin. Arzu bu kitabı “Da Vinçinin şifrəsi” ilə müqayisə edərək yazır ki, əgər orada Mona Liza əsas maraq obyektidirsə, “Miras: Bakının sirri” kitabında isə “Qız Qalası” bizi maraqlandıran əsas obyektdir. “Da Vinçinin şifrəsi”ndə hadisələr xarici ölkələrdə, heç görmədiyimiz yerlərdə olduğundan o kitabda oxuduqlarımızı təsəvvür etməkdə çətinlik çəkirik, amma bu kitabda isə hər şey doğma Bakımızda baş verir.

Arzu Fariz

Bloqqer Arzu Fariz "Miras:Bakının sirri" haqqında fikirləri özünün "Əlfəcin" bloguna yazıb. Bu bloqda müxtəlif kitablar haqqında bloqqer fikirləri cəmləşmişdir. Onun fikrincə kitab hər bir bakılının oxumalı olduğu kitabdır. O, sankı kitabdan çoxdan gözlədiyini tapmış oxucu kimi qeyd edir ki, nəhayət ki, Bakı və neft kəlimələri birlikdə işlənmir.[18]

Ziyalıların fikirləri

Kitab barədə fikir bildirənlər ziyalılar arasında filologiya elmlər doktoru, professor Nadir Məmmədli də var.[19] Onun fikirlərinə görə müasirləşən Azərbaycan nəsrində bu əsərlə yeni bir janrın əsası qoyulur:

“... zamanında ifrat modernist keyfiyyətlərdən uzaq, lakin ənənəvi janrların evolyusiyasını yaradan, ictimailiyi, fəallığı və müasirliyi ilə seçilən yazıçılar yetişir. O, belə yazıçılardan biri olaraq Çingiz Mehbaliyevi görür. Filoloqun fikrincə Ç. Mehbaliyevin “Miras: Bakının sirri” kitabı Azərbaycan nəsrində yaxşı mənada əks-səda doğurmuşdur. Professor N. Məmmədli kitaba qiymət verərkən qeyd etmişdir ki, bu əsər yaradıcılıq şüurunu oyatmaqda, yeni ideya, formanı müasirləşdirməkdə nəsrmizdə novator hadisədir. Burada Bakı haqqında məlumatlar təkcə tarixi-publisistik səviyyədə yox, fakt və hadisələrə fəal surətdə müdaxilə edilərək xalı kimi ilmə-ilmə toxunaraq verilmişdir. N. Məmmədli kitaba yazdığı rəydə qeyd edir ki, təkmilləşən, müasirləşən nəsrimizdə bu əsərlə yeni bir janrın əsası qoyulur."

Onlayn kitab saytlarında
Good Reads saytında maksimum 5 baldan 4 bal[20];
Vikitap saytında maksimum 10 baldan 9,6 bal[21].

Oxucularla görüşlər

ATGTİ-nin "Kitab adam yemir" klubu müəlliflə onun oxucuları ilə görüşünü təşkil edərək "Miras: Bakının sirri" kitabının müzakirəsini və fikir mübadiləsini təşkil etmişdir.[22] [23] [24]

Novator xüsusiyyətləri
Azərbaycanda ilk intellektual detektiv janrında yazılmış əsər olması, bədii ədəbiyyat nümunəsi olmağına baxmayaraq orada 22-dən artıq real elmi mənbəyə istinad olunması və 37-dən artıq tarixi şəxsiyyətin adının çəkilməsi[25] [26];
İlk dəfə əsas etibarilə sosial media vasitələri ilə alıcılar toplayan kitab[27] [28];
Qız Qalasının “qızıl bölgü” əsasında tikilməyi, Quranda məhz hansı ayədə “qızıl bölgü”yə işarə olunmasının vurğulanması kimi ciddi elmi araşdırmalar[29];
Azərbaycanda yazılmış bədii əsərlərdən fərqli olaraq ənənəvi formada ön sözlə başlamaması, "Motivasiya: Niyə məhz bu kitab?" bölməsi ilə başlaması[30];
Azərbaycanda ilk dəfə olaraq kitab üçün ayrıca veb-saytın yaradılması;
Azərbaycanda ilk dəfə olaraq kitab üçün ayrıca Facebook səhifənin yaradılması;
QR koddan istifadə. Android sistemi ilə işləyən mobil telefon və ya planşet kompüterlərin sahibləri Barcode Scanner proqramı ilə qurğunun kamerasını bu QR koda tutmaqla birbaşa olaraq "Miras: Bakının sirri" kitabının Facebook səhifəsinə daxil ola bilərlər.

Mətbuatda kitab haqqında
105 fm-də müəllif Çingiz Mehbaliyevlə müsahibə[31];
Yurd TV-də kitab haqqında məlumat;[32] [33] [34] [35]
Mədəniyyət TV-də "Maraq dünyası" verilişində müəlliflə kitab barəsində müsahibə.
Xeberler.az saytında Çingiz Mehbaliyevlə müsahibə: "Sosial media vasitələri ilə kitab satışını necə reallaşdırmaq olar?"[36]
Xeberle.com saytında Çingiz Mehbaliyevlə "Miras: Bakının sirri" və növbəti kitab haqqında müsahibə[37]
Newstime.az saytında müəlliflə müsahibə[38]
Dayaq.org saytında Çingiz Mehbaliyevlə kitab barəsində müsahibə[39];
Xaçmazın RTV kanalında "İncəsənət" verilişində[40] Çingiz Mehbaliyevlə kitab barədə müzakirə.


Tarix: 14.03.2013 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 694 Bölmə: Kitablar elm