Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər niyə seks üçün pul ödəyir?

Fahişələrə baş çəkən kişilər barədə stereotip bir imic formalaşıb. Amma bəs onların özləri seks üçün pul xərcləmələrini necə izah edirlər?

+
Fred

Fred və Laura birlikdə gəzintiyə çıxırlar, həftəsonları harasa istirahətə gedirlər, dükan-bazarı dolaşırlar və tez-tez kafe və restoranlarda yeyirlər.

Onlar televizorda gördüklərinə birlikdə gülürlər. Amma dava-dalaş və mübahisə etməyi də bacarırlar.
Fred öz mətbəxində yemək hazırlayarkən Laura oturur və elə hey pıqqıltı ilə gülür. Etiraf edir ki, biş-düş edənin başqası olması onun xoşuna gəlir.
Bütün cütlər kimi onların da yaxşı-pis günləri olur. Lakin onlar başqa cütlər kimi deyillər.
Fred onunla vaxt keçirdiyi və sekslə məşğul olduğu üçün Lauraya pul ödəyir.
Onlar artıq altı ildir ki, görüşürlər.
Seksi pulla almağın səhv bir iş olub-olmadığı və onun qeyri-leqal elan edilməsinin zəruriliyi barədə qızğın, lakin nəticəsiz debatlar gedir.
Amma bu debatlar zamanı bir sualı çox nadir hallarda soruşurlar: Kişilərin onlarla yatmaları üçün qadınlara pul ödəməsinin səbəbi nədir?

“Biz ilk dəfə elan lövhəsinin qarşısında rastlaşmışıq - təqaüddə olan Fred deyir– və mən ondan soruşdum ki, gecəni mənimlə oteldə keçirmək istərdimi?”
O deyir ki, bu lap ilk görüşə bənzəyirdi, “bir-birinizi öyrənirsiniz, bələd olursunuz”.
“İndi isə biz bir-birimizi o qədər yaxşı tanıyırıq ki, Fred görüşə gəlməzdən əvvəl mənim bank hesabıma pul köçürür” – deyir Laura.
Fred ucqar kənd yerində yaşayır, uzun illər anasına baxıb, ona dayəlik edib. O deyir ki, adamlarla görüşmək imkanı olmayıb və buna görə də seks üçün pul ödəmək qərarına gəlib.
“Əslində burada seksdən daha çox bir qadınla ünsiyyətdə olmaq istəyi var, - deyir Fred – bunu isə bir yerə çıxıb gəzmədən, vaxt keçirmədən əldə etmək olmur”.
+
Robert

Robert uzun illər evli olub.
“Evliliyimin nəticəsi budur ki, mən indi seksdən həzz almayan, hətta qucaqlaşıb-öpüşməyi xoşlamayan bir qadının seksual həvəsli əriyəm”.

Bəzi kişilər qadınlarla yalnız seks üçün yox, sadəcə gülüb-danışmaq üçün vaxt keçirməyi üstün tutur.
“O əla, çox əla həyat yoldaşıdır. Yataqdan başqa nə işdə desəniz, biz canbir qəlbdəyik” – deyir Robert.
Odur ki, o pulla seks almaq üçün həmişə bir kənara lazımi qədər pul atır.
“Mən çox istəyirdim ki, nikahımla kifayətlənim, - deyir Robert, - mən seksi elə öz arvadımla etmək istərdim. Amma aydın məsələdir ki, bunu pulla almalıyam”.
Əgər Robert ailəsini qoruyub saxlamaq üçün ödənişli sekslə məşğul olursa, 30 yaşlarında olan Graham bu yolla, ümumiyyətlə qadınlarla münasibətlərin mürəkkəbliyindən qaçdığını düşünür.

Graham

Keçmiş hökumət qulluqçusu Graham ömrünün ilk 30 ilində düşünürmüş ki, o, heç vaxt seks üçün pul ödəyən birisi ola bilməz. Lakin həftə sonlarından birində təzəcə tanış olduğu kişilərlə Amsterdamın “qırmızı fanarlı” məhəlləsindən keçirmiş.
Bir qız onlara yaxınlaşıb, lakin onunla olan kişilər qızı rədd ediblər və deyiblər ki, “bundan yaxşısını taparıq”.
Onda qız üzünü Grahama tutub: “Sən mənimlə yuxarı qalxarsan, deyilmi?” – deyə soruşub.
“Həmin an, - deyir Graham, - düşündüm ki, mənim bu işi görməyimin qarşısında heç bir maneə yoxdur”.
O qızın ardınca yuxarı, qırmızı lampalı otağa qalxıb və onunla yarım saat laqqırtı vurub və sekslə məşğul olub.
“Bu ecazkar bir iş idi. Mən özümü romantika içində hiss edirdim. Mənə belə gəldi ki, biz münasibətimizi bir-neçə dəqiqənin ərzində reallaşdırdıq”.
O bundan əvvəlki münasibətlərini, ağrılı ayrılıqları yada salıb deyir: “Bəlkə bunların heç biri bizə lazım deyil. Bəlkə də asanı pul ödəməkdur. Sonra isə yarım saatın içində qeyri-ixtiyariliyin təkrarsız anlarına qərq olursan…Yarımca saat…Vallah möcüzədir”.

Simon və Brian

Simon utancaq adamdır. Onun üçün qadın tapmaq həmişə çətin olub. Nəhayət 29 yaşında bakirəliyini pulla seks vasitəsilə itirmək qərarına gəlib. Amma sonralar bu qərarından həmişə xəcalət çəkib.
“İnternetdə bu barədə oxumuşam ki, belə şeylər emosional baxımdan qadın üçün yaxşı deyil, - deyir Simon.
Lakin o, buna baxmayaraq son bir neçə ildə müntəzəm olaraq eyni qadının yanına gedir.
“Mənim güclü seksual istəyim var, - deyir o, - bu, təkcə seksdən həzz almaq deyil. Mən bir müddət sekslə məşğul olmasam, özümü fiziki cəhətdən çox pis hiss edərəm”.
Simon eyni qadınla görüşməyə üstünlük verir, çünki hər dəfə təzə birisini tapmaqdansa, belə daha rahatdır.
Lakin o deyir ki, qadını yaxşı tanısa da, xülyalara qapılmır.
“Mən pul ödəməsəydim, o da mənimlə yatmaq arzusunda olmazdı” – deyir Simon.
Onun son bir neçə ildə bir-iki sevgilisi olub və onlarla münasibətdə olduğu vaxt pullu seksə müştəriliyi dayandırıb. Ümid edir ki, haçansa bir gün yenə də bir sevgilisi olacaq.
“Mən əlbəttə, istərdim ki, qadın mənimlə sekslə məşğul olmağı özü istəsin. Pula görə yox, məni istədiyinə görə” – deyir Simon.
Lakin Robertin istədiyi təkcə intim münasibət deyil. O öz fantaziyalarını təmin etmək məqsədilə seksə pul ödəyir.
“Mən maraqlı təcrübələr axtarıram, - deyir o, - özümü inandırıram ki, pullu seks minlərlə dəfə baş verən ev seksini əvəz edə bilər. Mən belə seksi istəmirəm və heç vaxt da istəməyəcəyəm”.
O özünü bir az da “eksgibionist” və “vuayerist” kimi təsvir edir, qrupla keçirilən seks məclislərinə gedir.
Brian 50 yaşlarındadır və xoşbəxt ailə həyatı var. Lakin o, pullu sekslə hələ arvadı ilə tanışlıqdan çox əvvəl məşğul olub. O deyir ki, öz arvadı ilə seksdə bir azca “həyəcan elementi” çatmır.
“Bəlkə də məni əvvəllər çox qadınla görüşməyim korlayıb – deyir Brian, - onların bəzisi ilə seks doğrudan da yaxşı olub. Necə deyim, nikahımdakı seks o kefi vermir”.
+
İkili həyat

Fredin mətbəxində biz onun necə bir cidd-cəhdlə şam hazırlamasını seyr edirik. Onun dediyinə görə Lauranı o qədər uzun müddətdə tanıyır ki, onlar daha tez-tez sadəcə dost kimi görüşürlər. Lakin əgər bir yerdə tətilə gedirlərsə, pulu əlbəttə, o ödəyir.
O etiraf edir ki, Lauranı bir az sevir də. Lakin qadının başqa müştərilərinin də olması onu narahat edirmi?
“Yox – deyir, - bu onun işidir”.
Graham Amsterdamın “qırmızı fanarlı” məhəlləsindəki həmin tanışlığlı bir də yaşamaq istəyib. O ikinci dəfə pullu sekslə məşğul olanda həmin həzzi ala bilməyib. Qadın bir az “melanxolik” görünüb.
Pulla seksin üçüncü dəfəsi isə burnundan gəlib. Deyir ki, qadın soyuq və qaba idi. Elə otaq da həkim kabinetinə bənzəyirdi.
“Biz sekslə məşğul idik. Mən onun gözlərinə baxırdım, onun fikrisə hardasa başqa yerdə idi. Mən o vaxt başa düşdüm ki, narkomanla sevişirəm. Bundan dəhşətə gəldim” – deyə yada salır Graham:
“Mən pilləkənlərlə Amsterdamın gecəsinə endim. Əvvəllər mənə çox ekzotik görünən hər şeydən iyrənməyə başlamışdım”.
Brian deyir ki, ikili həyat yaşayır. Ailəsi və dostları bu həyatın o biri üzündən xəbərsizdirlər.
“İnanmıram ki, onlar mənim seksi pula satan qızlarla münasibətlərimi bəyənəydilər, çünki özünə hörmət edən adam belə iş tutmaz, düzü…”
“Axı bütün başqa məsələ və məqamlarda mən özümə hörmət edən adamam” – deyir Brian.
Məqalədəki bəzi adlar dəyişdirilib.


Tarix: 26.08.2014 / 17:44 Müəllif: ADMIN Baxılıb: 879 Bölmə: Kişiler haqqında
loading...