beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saqqalına gül düzüm?

Əvvəlki məqalələrimizdə saqqal saxlamağın əsas qaydaları haqqında danışmışdıq. İndi isə sizə artıq bir neçə Avropa ölkəsində dəbə çevrilmiş yeni saqqal modeli haqqında məlumat vermək istəyirik.
Keçən il bir reklam şirkətinin çəkdiyi çarx bu il dəb dünyasına ciddi şəkildə təsir edib. Bu reklam çarxında istifadə edilən çiçəkli saqqallar artıq London və Barselona kimi böyük şəhərlərdə əsasən metroseksual kişilərin istifadə etdiyi tərzə çevrilib. Adı çəkilən şəhərlərdə kişilərin bu saqqal modelinə olan marağı o dərəcədədir ki, artıq kişi salonlarında saqqala çiçək taxmaq əlavə xidmət kimi müştərilərə təqdim edilir. Bu xidmətinin haqqı isə 18 eurodan başlayır.
Maraqlısı isə ondan ibarətdir ki, hətta sevgilisinin saqqal saxlamasını sevmədiyini bildirən qadınlar da onların saqqallarına çiçək düzməsini sevdiklərini, bu tərzi maraqlı hesab etdiklərini qeyd ediblər.


Tarix: 23.11.2014 / 00:04 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Kişiler haqqında