Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər,ax,kişilər...

Kişilərin bir prinsipləri var: məqsəd vəzifəni doğrultur. Və bu, bütün hallarda keçərlidir.
Kişilər bizdən hündürdülər. Amma tənbəlliklərindən divandan qalxıb yuxarı rəfdəki kitabı verməzlər.
Kişilər bizə kirli corablardan və məişət problemlərindən başqa heç nə bağışlamırlar, əvəzində biz onlara bütün məhəbbətimizi və qayğımızı bağışlayırıq.
Kişilər qala bilməyəndə min bir bəhanə uydurub yalan danışır, bizi də onu anlamamaqda günahkar çıxardırlar.
Kişilər bizimlə kafeyə və kinoya getməyə nifrət edirlər. Birinci səbəb, bütün hesabı onlar verir, ikincisi, istədikləri yeməkləri və filmi seçə bilmirlər. Ən əsas səbəbisə, bu onları sevimli divanlarından və televizordan uzaq salır.
Kişilər bizim ad günlərimizi, ilk görüşdə nə geyindiyimizi və ümumiyyətlə, bizlə bağlı bütün xırda, amma qəlbi isidən detalları unudurlar. Bunu əsl kişilik simvolu sayırlar.
Kişilər bizim arıqlamağımızı istəmirlər. Çünki başqa kişilərin onun mülkünə baxmasını istəmirlər. Bu da kişilik kriteriyalarına ziddir.
Kişilər bizim həyatımızı dəyişmək istəyirlər. Evdə oturub küftə-bozbaş bişirməliyik. Onun icazəsi və möhürü olmadan evdən bayıra çıxmaq olmaz.
Kişilər işdən qayıdandan sonra ayaqlarını yuyub, hər dəqiqə onun mövcudluğuna şükür edib, nəzir paylamağımız kişi tərəfindən həyatı dəyişilmiş xanımların həyat tərzinə çevrilir.
Kişilər sevgi haqda düşünmürlər. Sevgini oynamaq, sadəcə, qələbə qazanmaq üçün üsuldur.
Kişilər dalaşqandır. Çünki özlərinin haqlı olduqlarını ancaq bu yolla daha tez sübut edə bilirlər.
Kişilər işi bizdən çox sevə bilməzlər. Çünki pataloji tənbəldirlər. Sadəcə, onlar idarə etməyi sevə bilərlər.
Kişilərin məntiqi başqadır.
Kişilər dəqiq elmləri bizdən yaxşı bilirlər. Bu dəqiq elmləri bilməklərinin nəticəsində atom bombası və başqa kütləvi qirğin törədən silahları icad olunub.
Kişilər evdə yemək olmayanda üz-gözlərini turşudub bizim necə bacarıqsız adam olmağımız haqqında burnunun altında donquldanır, yorğun addımlarla divana sarı gedir, televizorun pultunu ciblərindən çıxarıb əllərində hərləyir, sonra geri dönüb sərt ultimatum verirlər: \«Yarım saata zəhrimar hazır olsun!»
Kişilər maaşlarını bizdən gizlədirlər.
Kişilər bizi iş yoldaşları ilə tanış etmirlər.
Kişilər mobil telefonlarına şifrə qoyurlar.
Kişilər eqoistdirlər.
Kişilər bizimlə oyun oynamağı sevirlər.
Kişilər bizi itirdikdən sonra qiymətimizi bilirlər. Onda gec olur.
Kişilər xəyanəti ancaq qadınların etdiyini, kişilərin isə, sadəcə, dad dəyişdiyinə səmimi inanırlar.
Kişilərin haqqında uzun-uzadı yazmaq olar. Amma onlarsız həyat maraqsız olardı. Həm də öz mükəmməliyini ancaq qüsurlu varlıqlarla müqayisədə daha yaxşı anlayırsan.


Tarix: 24.05.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 643 Bölmə: Kişiler haqqında
loading...