beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana və uşaq üçün ana südünün üstünlükləri hansılardır?

Ana olmuş qadınların 97%-i övladlarını süd ilə qidalandırmaq imkanına malikdir. Südü olaraq, onu övladına verməkdən imtina edən analar isə ən azından böyuk günah işlətmiş olurlar. Belə qadınlar haqqında Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədisi-şərifində belə buyurulur: "Övladlarını əmizdir-məyə imkanı çatdığı təqdirdə bunu etməyən analar Allah qarşısında cavab verəcəklər". Ana südü körpə üçün əvəzolunmazdır. Övladını sevən hər bir ana südünün bu qədər faydalı olduğunu bildikdən sonra, çətin ki, uşağına bu yaxşılığı etməkdən boyun qaçıra.

Yazılanların yekunu kimi ana südünün fayda və üstünlüklərinə bir daha nəzər yetirək:

Uşaq üçün ana südünün üstünlükləri

1 Sterildir
2 Temperaturu həmişə optimaldır
3 Bağırsaqlardan asan sorulur
4 Normal fiziki və əqli inkişafı təmin edir
5 Uşağı mikrob, virus və göbələk infeksiyalarından müdafiə edir
6 İştahsızlığın qarşısını alır
7 Mimiki əzələlərin, dişlərin və nitqin düzgün inkişafına kömək edir
8 Beynin inkişafına müsbət təsir edir
9 Yeni doğulmuşlarda bağırsaq sancılarını aradan qaldırır
10 Dəmir defisitli qan azlığı riskini azaldır
11 Şəkərli diabetin əmələgəlmə riskini azaldır
12 Piylənmə və hiperxolesterinemiya riskini azaldır
13 Bronxial astma və allergik xəstəliklərə tutulmaq riskini azaldır
14 Xərçəng, leykemiya kimi sağalmaz xəstəliklərə tutulma riskini azaldır
15 Qəfləti ölüm riskini aşağı salır
16 Döşlə əmizdirmə ana və uşaq arasında bağlılıq əmələ gətirir ki, bu da gələcək münasibətlərə öz müsbət təsirini göstərir

Ana üçün südvermənin üstünlükləri

1 Uşaqlığın yığılması sürətlənir və doğuşdan sonrakı uşaqlıq qanaxmalarının qarşısını alır
2 Süd vəzi və yumurtalıq şişlərinin əmələ gəlmə riskini azaldır
3 Hamiləlik zamanı meydana gəlmiş artıq çəkini azaldır
4 Yenidən hamilə qalmaqdan qoruyur (98 %)
5 Endometrioz riskini azaldır
6 Hazırlanmasına vaxt sərf olunmur və körpənin qəbulu üçün həmişə hazırdır
7 Ana südünün əmələ gəlməsi üçün əlavə xərc tələb olunmur

Cəmiyyət üçün fayda

1 Sağlam əhali
2 Maddi cəhətdən qənaətçillik


Tarix: 03.01.2015 / 11:10 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Körpəyə qulluq