beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəli Qasımov

Vəli Aydın oğlu Qasımov (10 aprel 1968, Gəncə, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı keçmiş futbolçu. Kariyerasında Dinamo Moskva, Spartak Moskva, Real Betis, Vitoriya Setubal kimi klubların şərəfini qoruyub. 1992-ci il Rusiya premyer liqasında bombardir olub.

İlk illər

Vəli Qasımov, peşəkar futbol kariyerasına 1984-cü ildə Gəncənin Kəpəz klubunda başlayıb. Sonra o, Ukraynanın Metallist klubunun düşərgəsinə yollanıb. Bir mövsüm Metallist klubunun cavan futbolçular klubunda oynadıqdan sonra əsas heyətə cəlb olunub. Metallist klubunda göstərdiyi futbol nəticəsində Bakının Neftçi klubuna transfer olub. Dörd mövsüm SSRİ premyer liqasında oynayıb.

Vəli Qasımov Moskvada

Qasımov, 1992-ci ilin yazında Rusiyanın Spartak Moskva klubuna transfer olub. Bu klubda çıxdığı 6 görüşdə qapılara yol tapa bilməyib, bunun nəticəsi kimi klub rəhbərliyi onun şəhərin digər klubu olan Dinamo Moskvaya keçidinə razılıq verib. Qasımov, kariyerasının ən uğurlu mövsümünü burada keçirib. O, Rusiya premyer liqasının bombardiri olub. Qasımov 17 oyunda 16 qol vurmağa nail olub. Əsas çempionatda Yuri Matveyev 20 qolla bombardirlər siyahısına liderlik etməsinə baxmayaraq, çempionun məlum olacağı pley-off mərhələsində iştirak etmədiyinə görə Vəli Qasımov bombardir kimi qəbul olunub. O, Dinamo Moskvada bombardirlikdən başqa başqa bir rekorda imza atıb. Qasımov, Rusiya çempionatında bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biridir. O, bunu yalnız bir mövsümdə edərək də, ayrı bir rekorda imza atıb.

İspaniya dövrü

1993-cü ilin qışında Qasımov, Dinamo Moskvadan İspaniyanın Real Betis klubuna transfer oldu. 1992-93 mövsümünün yarısını 1993-94 və 1994-95 mövsümdə Real Betisdə çıxış edən Qasımov, 1994-95 mövsümündə Real Betisin Premyer liqaya yüksəlməsində böyük rol oynamışdır. Bu dövr ərzində o, 9 qol vurmağı başardı. 1994-95 mövsümünün sonunda o, başqa bir Premyer liqa təmsilçisi Albasete ilə müqavilə imzaladı. Bir mövsüm ərzində 22 oyun keçirən Qasımov komandasının ikinci divizyona düşməsinə maneə ola bilmədi. Buradan o, ikici divizyon təmsilçisi Esixa klubuna transfer oldu. Mövsümün sonunda Esixa ikinci divizyon B-yə düşdü.

Portuqaliya dövrü və kariyerasının sonu

Esixanın aşağı liqaya düşməsindən sonra o, Portuqaliyanın Vitoriya Setubal klubuna transfer oldu. Bu klubda Qasımov uğurlu qrafik cızdı. İlk mövsümündə klubu 13-cü pilləni tutsa da, ertəsi mövsüm Vitoriya Setubal 5-ci yerin sahibi oldu. 1999-cü ilin yayında Qasımov, Portuqaliya 3-ci divizyon təmsilçisi İmortal klubuna transfer oldu. Bu klubda 2 mövsüm keçirsə də klubunu yuxari pillələrə çıxara bilmədi və 2001-ci ilin yayında futbol kariyerasını başa vurdu.

Milli komanda kariyerası

Vəli Qasımov, Azərbaycan yığma komandasında yalnız 14 oyun keçirib. Bu oyunlarda qapılara yol tapa bilməyib. İlk dəfə milli komandaya 1994-cü ildə dəvət alıb. Son dəfə isə 1998-ci ildə milli komandaya dəvət alıb.

Futbolla vidalaşdıqdan sonra

Vəli Qasımov, qısa müddət portuqaliya aşağı divizyon klubu olan Gelvesin məşqçisi oldu. Hal-hazırda isə o, Azərbaycan yığma komandasının məşqçisi Berti Foqtsun köməkçisi və 19 yaşadək futbolçulardan ibarət millimizin çalışdırıcısıdır.


Tarix: 11.01.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 633 Bölmə: Idmançılar