beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namiq Abdullayev

Namiq Abdullayev — Azərbaycan güləşçisi

Həyatı

4 yanvar 1971-ci ildə Bakıda anadan olan Namiq 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib.

Karyerası

Azərbaycan poçtu tərəfindən buraxılmış poçt markası (2001).

Əməkdar məşqçi Vahid Məmmədovun rəhbərliyi altında 1983-ci ildən "Neftçi" İdman Cəmiyyətində sərbəst güləş idmanı ilə məşğul olmağa başlayıb. Keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycan əməkdar idman ustası, polis polkovnik-leytenantıdır. İlk uğurunu 1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirində qazanan Namiq daha sonra bir çox uğurlarla yanaşı, Avropa və Olimpiya çempionu adını qazanıb.

Abdullayev son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Uzun illər olimpiya yığmamızın kapitanı olan güləşçi daim öz qələbələri ilə idmansevərlərə sevinc bəxş edib. Abdullayev güclü məktəb keçdiyini, yığmamızın lideri olduğunu Avropa və dünya çempionatlarında bir daha sübut edib. 2000-ci ildə Sidneyə kapitan kimi yollanan Namiq Olimpiya oyunlarının açılışında apardığı bayrağa layiq olunub. Olimpiya çempionu və digər məsul yarışların qalibi kimi Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.

Nailiyyətləri

Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Xronologiya
1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirində I yer
1989-cu il SSRİ birinciliyi II yer
1990-il SSRİ cempionatı III yer
1990-il Dünya Kuboku yarışında (SSRİ yığma komandasının tərkibində) 1-ci yer (KANADA)
1991-ci il SSRİ birinciliyində 1-ci yer
1994-1995-ci illərdə Avropa çempionatlarında (İtaliya və İsveçrə) 1-ci yer
1994-cü il Dünya çempionatında 2-ci yer
1996-1997-ci illərdə Avropa çempionatlarında (Budapeşt və Varşava) 2-ci və 3-cü yer
1998-ci ildə Dünya çempionatında (İran) və Atlanta Yay Olimpiya Oyunlarında (ABŞ) 2-ci yer
1991-ci və 1995-ci illərdə keçirilən beynəlxalq turnirlərin (Dağıstan), 1992, 1994 və 1996-cı illərdə üçqat Olimpiya, yeddiqat Dünya, onqat SSRİ, altıqat Avropa çempionu olmuş A.Medvedin şərəfinə keçirilən Qran-Pri seriyasından beynəlxalq turnirin qalibidir.
2000-ci ildə Avstraliyanın Sidney şəhərində XXVII Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq birinci yeri tutub.
1995-ci ildə ölkə prezdentinin fərmanı ilə "Tərəqqi" medalı və 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
2009-cu ildə karyerasını bitirmişdir. 18 iyulda Bakı İdman Sarayında təşkil olunan Qızıl Qran-Pri turnirinin final mərhələsində alqışlarla yola salınmışdır.


Tarix: 11.01.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 584 Bölmə: Idmançılar