beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Paşayev

Nizami Paşayev - ikiqat dünya çempionu, 94 kq çəki dərəcəsində planetin 5-ci ən güclü ağırlıqqaldıranı sayılır.

Reytinqdə Azərbaycan atletlərindən ən yüksək pillədə qərarlaşanı Nizami Paşayevdir. O, Pekin Olimpiadasında 396 kq-lıq (birdən qaldırmada 181 kq, təkanla qaldırmada 215 kq) göstərici ilə bu yerə layiq görülüb.[1]

"Pekin Olimpiadasında çiyin nahiyəmdən zədə almışdım. Avropa çempionatına gedə bilməməyim məhz bununla əlaqədardır. Hazırda müalicə alıram" - deyə 94 kq çəki dərəcəsində ikiqat dünya çempionu vurğulayıb.

Nizami qitə çempionatında qızıl medal qazandıqdan sonra digər əyarlı mükafatlara sahib çıxmağı özü üçün münasib saymayıb: "Mən bir neçə il öncə Avropa çempionu olmuşam. İndi zədə ucbatından analoji yarışda ikinci və ya üçüncü yerə çıxa bilərdim ki, bu da qızıl medal qazanmış atlet üçün yaxşı hal deyil. Bu il əsas məqsədim noyabrda keçiriləcək dünya çempionatında birinci pilləyə yüksəlməkdir".


Tarix: 11.01.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Idmançılar