Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri.

Həyatı

Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Şahmat üzrə beynəlxalq qrossmeysterdir. 27 oktyabr 2012-ci ildə Nərmin adlı xanımla ailə qurmuşdur[1].

Uğurları
Yeniyetmələrin Şahmat Olimpiiyadasının qalibi (İspaniya-1999) və gümüş mükafatçısı (Ukrayna-2000).
Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı. (Yunanıstan -2001).
18 yaşadək oğlanlar arasında Dünya birinciliyinin gümüş mükafatçısı (Yunanıstan-2002).
18 və 20 yaşadək oğlanlar arasında Avropa birinciliyinin qızıl (İspaniya-2002) və bürünc mükafatçısı (Bakı-2002).
Gənclər (Yunanıstan-2003) və 20 yaşadək oğlanlar arasında Dünya birinciliyinin qalibi (Naxçıvan-2003; Türkiyə-2005).

Məşqçisi: Həmid Məmmədyarov


Tarix: 11.01.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 337 Bölmə: Idmançılar
loading...