Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IdmançılarNamiq Abdullayev

Namiq Abdullayev — Azərbaycan güləşçisi

Həyatı

4 yanvar 1971-ci ildə Bakıda anadan olan Namiq 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib.
[redaktə]
Karyerası

Azərbaycan poçtu tərəfindən buraxılmış poçt markası (2001).

Əməkdar məşqçi Vahid Məmmədovun rəhbərliyi altında 1983-ci ildən "Neftçi" İdman Cəmiyyətində sərbəst güləş idmanı ilə məşğul olmağa başlayıb. Keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycan əməkdar idman ustası, polis polkovnik-leytenantıdır. İlk uğurunu 1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirində qazanan Namiq daha sonra bir çox uğurlarla yanaşı, Avropa və Olimpiya çempionu adını qazanıb.

Abdullayev son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Uzun illər olimpiya yığmamızın kapitanı olan Ardı »

IdmançılarŞəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri.

Həyatı

Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Şahmat üzrə beynəlxalq qrossmeysterdir. 27 oktyabr 2012-ci ildə Nərmin adlı xanımla ailə qurmuşdur[1].
[redaktə]
Uğurları
Yeniyetmələrin Şahmat Olimpiiyadasının qalibi (İspaniya-1999) və gümüş mükafatçısı (Ukrayna-2000).
Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı. (Yunanıstan -2001).
18 yaşadək oğlanlar arasında Dünya birinciliyinin gümüş mükafatçısı (Yunanıstan-2002).
18 və 20 yaşadək oğlanlar arasında Avropa birinciliyinin qızıl (İspaniya-2002) və bürünc mükafatçısı (Bakı-2002).
Gənclər (Yunanıstan-2003) və 20 yaşadək oğlanlar arasında Dünya birinciliyinin qalibi (Naxçıvan-2003; Türkiyə-2005).

Məşqçisi: Həmid Məmmədyarov Ardı »

IdmançılarVəli Qasımov

Vəli Aydın oğlu Qasımov (10 aprel 1968, Gəncə, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı keçmiş futbolçu. Kariyerasında Dinamo Moskva, Spartak Moskva, Real Betis, Vitoriya Setubal kimi klubların şərəfini qoruyub. 1992-ci il Rusiya premyer liqasında bombardir olub.

İlk illər

Vəli Qasımov, peşəkar futbol kariyerasına 1984-cü ildə Gəncənin Kəpəz klubunda başlayıb. Sonra o, Ukraynanın Metallist klubunun düşərgəsinə yollanıb. Bir mövsüm Metallist klubunun cavan futbolçular klubunda oynadıqdan sonra əsas heyətə cəlb olunub. Metallist klubunda göstərdiyi futbol nəticəsində Bakının Neftçi klubuna transfer olub. Dörd mövsüm SSRİ premyer liqasında oynayıb.
[redaktə]
Vəli Qasımov Moskvada

Qasımov, 1992-ci ilin yazında Rusiyanın Spartak Moskva klubuna transfer olub. Bu klubda çıxdığı 6 görüşdə qapılara yol tapa Ardı »

IdmançılarRövşən Bayramov

[color=#173bd3]Rövşən Bayramov - yunan-Roma güləşçisi.

Həyatı

1987-ci il may ayının 7-də Bakıda dünyaya gəlib. 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Uşaqlıq yaşlarından idmanla, bilavasitə yunan-roma güləşi ilə məşğul olub. Gərgin məşqlər öz bəhrəsini vermiş, iki qat Avropa çempionu adını qazanmış, hərbçilər arasında dünya çempionatının qalibi olmuş, dünya çempionatının və 2008-ci il Pekin Olimpiya Oyunlarnın gümüş mükafatına layiq görülmüş, digər nüfuzlu yarışlarda Vətənimizin bayrağını yüksəklərə qaldırmaq üçün daim əlindən gələni etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idman sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Pəhləvan, 2008-ci ilin avqustunda 2008 Yay Olimpiya Oyunlarına lisenziyanı apreldə Finlandiyanın Tampere şəhərində keçirilmiş Ardı »

IdmançılarElnur Məmmədli

Elnur Məmmədli — Azərbaycan cüdoçusu.

Həyatı

Elnur Məmmədli 1986-cı il iyun ayının 29-da dünyaya gəlib. 2006-cı ildə cüdo üzrə Avropa çemponu, 2007-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı olub. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb.

2011-ci ilin yanvarında Bakıda keçirilən lisenziya xarakterli "World Masters" seriyası turnirinin qalibi olub. 81 kq çəki dərəcəsində güləşən Məmmədli həlledici görüşdə Leandro Quylheyro (Braziliya) üzərində ipponla qələbə qazanıb. 2011-ci ilin aprel ayında İstanbulda keçirilən Avropa çempionatında 81 kq çəki dərəcəsində ikiqat Avropa çempionu tituluna yiyələnib.

2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Ardı »

IdmançılarTofiq Bəhramov

Tofiq Bəhramov — Azərbaycan futbolçusu, futbol hakimi. Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. Tofiq Bəhramovun 1966 – cı ildə İngiltərədə keçirilən 8 – ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionunna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı
[redaktə]
Həyatı

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub.

Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub Ardı »

IdmançılarRəfael Ağayev

Rəfael Ağayev (d.4 mart, 1985, Sumqayıt) - Azərbaycanlı karateçi, üç dəfə dünya, yeddi dəfə Avropa çempionu.

Həyatı

Ağayev Rəfael Mahir öğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları aşılamışdır. Belə vəziyyət bir neçə il davam edib. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan»da məşq etməyə dəvət almışdı. Rəfael artıq ilk respublika çempionatında bütün rəqibləri Ardı »

IdmançılarVüqar Quliyev

[color=#fd5b36]Quliyev Vüqar Əşrəf oğlu — idmançı.
[redaktə]
Həyatı

Vüqar Quliyev 29 oktyabr 1976-cı ildə Füzuli şəhərində anadan olmuşdur. 1982-ci ildə Füzuli şəhər rus orta məktəbinə gеtmiş, 1992-ci ildə orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akadеmiyasının təkmübarizəlik fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin akadеmiyanı bitirmişdir. 1999-2000-ci illərdə hərbi xidmətdə olmuş, Xüsusi Təyinatlı Bölükdə xidmət еtmişdir.

Hələ uşaq yaşlarından idmana maraq göstərən Vüqar Quliyеv əvvəllər idmanın volеybol növü üzrə məşğul olmuş, bir sıra çеmpionatlarda iştirak еtmişdir. 1993-cü ildən isə karatеnin kyokuşinkay növü ilə məşğul olmağa başlamışdır. 1999-cu ildə Azərbaycan çеmpionu, 2003-cü ildə rеspublika ikincisi, 2005-ci ildə isə 3-cü Ardı »