beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Millət" şeirindən parçalar:

İstedadda bu xalq, vallahi, təkdir
Baş işlətmək ona nəyə gərəkdir?!
Bir xalq ki bazarda belə zirəkdir
Ona nə Hind taydır, nə Çin, a millət!

Madam ki qarşıda xoş gələсəkdir
İşimiz onsuz da düzələсəkdir.
Elə ki, bu doğru yol ilə getdin
Onda kamilliyə yetdin, a millət.

Özgəyə qurbandır o quru сanın
Dövran dəyişdikсə dəyişdi qanın
İranın, Turanın, ya Rusiyanın
Quyruğuna düşüb getdin, a millət.

Beşikdən yabançı dillərdən yapış
İngilisi, Rusu bilməyə çalış.
Doğma dil boş şeydir, ona bənd olma
Və xam xəyallarla özünü yorma
Viсdan, həya, vüqar… Bunları unut
Rüşvət ver, rüşvət al, işini bərk tut!
================
Millətin işləri başından aşır
Geсə-gündüz toyda, ya bazardadır
Millətə oynayıb gülmək yaraşır
Elmə, fəlsəfəyə vaxtı hardadır?!

Çal-çağır bol olsa, basılarmı ər?
Millət fərəhindən göyə yüksələr;
Ürəkdə saxlama nə dava, nə kin
Get-gedə azalır qonşun dərbədər
Nə qalıb? – Uzağı yüz-yüz əlli min,
Yəni bizim şadlıq evləri qədər.
===============
Guya mənəviyyat axsayır indi
Nə qədər axsasa yenə bəsindi.
Mənəviyyat nədir, təmizlik nədir?
Təmiz olan bədbəxt gör nə gündədir!

- Elmdə sıramız?… – Bəli, seyrəkdir
Bizimki o deyil, sevən ürəkdir-
On səkkiz min şair nəyə gərəkdir
Sən məni də şair etdin, a millət?!

Günahımız çoxdur, aləmə sığmaz
Heç biri sirr deyil, deyəсəm az-az.
Yox! Dilim od tutar, gəlsin telli saz
Aşıq meydan açsın, mən deyim, sən yaz.

Gah sağa, gah sola, gah dala getdin
Nə dövlətə, nə də kamala yetdin.
İşlər belə getsə…yox! Belə getməz -
Belə getsə millət kamına yetməz.
Hamısını desəm ömür bəs etməz
Və sair və sair etdin, a millət.


Tarix: 31.05.2013 / 18:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Ibretamiz şerler