beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə gördümsə

Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”

Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Quran mənə yol göstərir:
“Yoxsulları məyus etmə”.


Tarix: 26.03.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Ibretamiz şerler