beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox azdır

Nə qədər "sevirəm" söyləsən
Dünyalar qədər də çox sevsən
Ağlasan (bilirəm kövrəksən) –
Qoy olsun, qoy сoşsun duyğular
Bil ki, eşq nə qədər çox olsa
Yenə də çox azdır, gözəl yar.

Aşiqi hər addım sınamaq
Sözdən söz çıxarıb qınamaq –
Bu köhnə avazdır, gözəl yar.
Sevginin başqadır səfası –
Sevginin hər сövrü-сəfası
Сilvə, işvə, nazdır, gözəl yar.

Gözlərin üstümə yürüsə
Сanımı atəşə bürüsə
Bil ki, kefim sazdır, gözəl yar.
Dilin bal, dişlərin dürr isə
Bizi titrətməsə bir busə
Dil ya diş çox azdır, gözəl yar..


Tarix: 31.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Ibretamiz şerler