Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hasar

Xəyanətin gözlərimdən,
yaş olub axır.
Ürəyimə ox olub,
batır.
Başqası layla çalır.
Mənə olan sevgin,
yavaş-yavaş yatır.

Hər gecə telefon qulağında
Aramızda hasar hördürür sənə
Xəbərin yoxdu
Yavaş-yavaş səsini qulağına sevdirir
Günlərlə,aylarla
səsləriniz görüşəcək
Sonra səsləriniz
Bir-birinə canlı görüşməyi
Təklif edəcək
Görüş günü yetişəcək
Siz görüşəcəksiz.
Elə həmin gün
Hasarı hörüb qurtaracaqsan
Məni unudacaqsan..
Amma bir gün ayılsan
Hasarı uçurub dağıtsan,
Məni axtarsan,
Dənizlə qonşulaşacaqsan
Çətin onu qurudasan
Məni tapasan.
Geriyə dönmə!
Batacaqsan…

***

Qaçacam buralardan.
Arxama baxmadan qaçacam !
Xoşbəxtlik olan ölkəyə,
sevgi olan şəhərə,
sakitlik olan kənddə,
doğmalıq qoxusu gələn evə…


Tarix: 26.03.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Ibretamiz şerler
loading...