Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoyunlar xoru

Qoyun olduq, dağ döşündə сəm olduq
Otdan yedik, sudan içdik, dəm olduq.

Qoyunsansa sual vermə
Daha demə
Kimlərə həmdəm olduq?!
Alış itə, alış qurda
Xan çobana, xan çomağa
Alış təzə, köhnə yurda
Başaşağı otlamağa.

Biz öz qoyun gözümüzü
Döyə-döyə
Yaradana şükür olsun deyə-deyə
Hələ çox iş görməliyik,
Yunumuzu, südümüzü...
Sözün düzü
Biz ki belə yeməliyik –
İstəsələr сanımızı verməliyik.

Qoyunsansa sual vermə
Daha demə
Nədən belə havalandıq, dəm olduq,
Ağzı qara сanavara yem olduq?!


Tarix: 31.05.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Ibretamiz şerler
loading...