beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halal və haramla əlaqədar seçilmiş hədislər

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kim haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirərsə qiyamət günü qəsb etdiyi torpaq parçası onu yeddi qat yerin dibinə batırar. buyurduğu İbn Ömərdən (r.a) rəvayət edilmişdir. (Buxari, Məzalim 13; Budul-Xalq 2; Müslim, Müsaqqat, 30)

• Numan ibn Bəşirdən, (r.a) rəvayət edilmişdir. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu eşitdim: Halal müəyyəndir, haram da müəyyəndir. Bu ikisinin arasında çox kəslərin bilmədikləri şübhəli şeylər vardır. Bir kəs bu şübhəli şeylərdən uzaq durarsa, dinini və namusunu qorumuş olar. Bir qoruğun ətrafında heyvanlarını otladan çobanın, hər ehtimalla qoruğa girməsi necə mümkünsə, şübhəli iş işləyənlər də bunun kimi harama düşə bilərlər. Diqqət edin! Hər hökmdarın bir qoruğu vardır. Allahın qoruğu da haram qıldığı şeylərdir” (Buxari, Kitabul-İman, c. İ, səh. 19)

• Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan birinin yanına gəldi. Ona “bunu necə satırsan?” deyə soruşdu. Adam başa saldı. Elə bu anda əlini qida maddəsi olan bir kisənin içinə soxması vəhy edildi. Əlini qaldıranda nə görsə yaxşıdır, alt tərəfi islaqdır. Bundan sonra “Alış verişdə, hər işində hiylə edən bizdən deyildir” buyurdu. (Müslim, İman 43; Əbu Davud, Buyu, 52)

• Abdullah ibn Əmrdən (r.a) rəvayət edildiyinə görə: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” demişdir. (Tirmizi, Əhkam, 9)

• Əbu Hüreyrədən (r.a) rəvayət edilmişdir. Hz. Peyğəmbər: “Zəndən uzaq durun; çünki zənn, sözün, yalanı ən çox olanıdır. Bir-birinizin qüsurunu görməyin; xüsusi həyatını araşdırmayın. Almayacağınız bir malın qiymətini, sırf alıcıya zərər vermək üçün, artırmayın. Bir-birinizə həsəd etməyin; bir-birinizə üz çevirməyin. Bir-birinizə qarşı kin bəsləməyin. Ey Allahın qulları, qardaş olun!” buyurmuşdur. (Buxari, Vəsaya 8, Nikah 45; Ədəb 57,58; Müslim, Birr 9)

• Əsma bint Yezid nəql edir ki: Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Sizə xeyirlilərinizi xəbər verimmi?” Səhabələr; “Bəli ver” dedilər. “Üzlərinə baxıldığı zaman Allah xatıra gələnlərdir. Ən Pislərinizi də xəbər verimmi?” Əshab “bəli” dedilər. “Aravuranlar, sevənlərin arasını vuranlar, insanları bir-birindən ayrı düşürmək istəyənlərdir.” (Əxlaqi Hədislər, I/338).

• Süfyan ibn Useyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qardaşın sənə inanarkən, sənin ona yalan söyləyərək danışman, ən böyük xəyanətdir. (Əbu Davud, Ədəb, 79)

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir. Ağzını pozaraq dil uzadan birinə cavab ver(ib daha çox söy)mək də böyük günahlardandır. (Əbu Davud, Ədəb, 40)


Tarix: 26.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Hedisler