beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Səhih Qüdsi Hədislər(Tövhidn Fəziləti)

Əbu Zərr (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: « Uca Allah buyurur: «Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram».
(Muslim 2687 (4852, 7009); Əhməd 8/21544.)[/b]

[b]Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbbləri ilə mücadilə etmələri sizdən birinizin dünyada haqq uğrunda mücadilə etməsindən daha şiddətli olacaqdır. Onlar deyəcəklər: «Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın». Allah buyuracaq: «Gedin və tanıdıqlarınızı oradan çıxardın!» Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: «Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəsləri çıxartdıq». Allah buyuracaq: «Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!» Sonra isə: «Qəlbində yarım dinar ağırlığında» - hətta «zərrə ağırlığında» - deyə buyuracaq». Əbu Səid əl-Xudri  dedi: «Kim inanmırsa, bu ayəni oxusun: «Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur» (ən-Nisa 48)».
(ən-Nəsai 5010, 5027. əl-Albani hədisi səhih adlandırmışdır.)


Tarix: 25.04.2013 / 18:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Hedisler