beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (nafilə namazlarının fəziləti)

Rəvayət edilir ki, Ənəs ibn Həkim əd-Dabbi demişdir: «Ziyaddan və ya İbn Ziyaddan qorxaraq Mədinəyə gəlib Əbu Hureyra (r.a) ilə görüşdum. O mənim əsli-nəsəbim haqqında soruşdu, mən də ona söylədim. O, dedi: «Ey cavan oğlan! Sənə bir hədis danışım?» Mən də: «Bəli, Allah sənə rəhm etsin!» - dedim. O Peyğəmbərdən (s.a.v) rəvayət edərək buyurdu: «Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkilən namaz olacaqdır. Uca Rəbbimiz yaxşı bildiyi halda mələklərinə buyuracaq: «Qulumun fərz namazlarına baxın, onları tam yoxsa naqis olaraq qılıb?» Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Allah buyuracaq: «Baxın, qulumun nafilə namazları varmı?» Əgər onun nafilə namazları olarsa, Allah - «Qulumun fərz namazlarını nafilə namazları ilə tamamlayın!» - deyə buyuracaqdır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək».

(Əbu Davud 864. əl-Albani səhih olduğunu bildirmişdir.)


Rəvayət edilir ki, Hureys ibn Qabisa demişdir: «Mədinəyə gəlib Allaha dua etdim ki, mənə əməlisaleh bir yoldaş yetirsin. Sonra Əbu Hureyra ilə rastlaşıb onun yanında oturdum və dedim: «Mən Allahdan özümə əməlisaleh yoldaş yetirməsini dilədim. Mənə Allah Elçisindən (s.a.v) eşitdiyin bir hədis danış. Ola bilsin ki, Allah bu hədislə məni faydalandırsın. Əbu Hureyra (r.a) dedi: «Allah Elçisinin (s.s.v) belə dediyini eşitdim: «Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qaydasında olmasa, ziyana uğrayar. Əgər fərz namazlarından bir şey əskik olsa, Uca Rəbb belə buyurar: «Baxın, qulumun nafilə namazları varmı?» Beləliklə nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək».
(ət-Tirmizi 413, 415; İbn Macə 1425, 1426. əl-Albani bu hədisin səhih olduğunu qeyd etmişdir.)-


Tarix: 24.04.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Hedisler